Metroda doğulan körpə CPAP cihazına qoşulub - Vəziyyəti qənaətbəxş deyil

Metroda doğulan körpə CPAP cihazına qoşulub - <span style="color:#ff0000">Vəziyyəti qənaətbəxş deyil</span>
Kateqoriya məlum deyil08.08.25, 08:521 👁️
T

Bu gün səhər saatlarında Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında doğuş edən ana və körpənin vəziyyəti açıqlandı. 2005-ci il təvəllüdlü Əsmər İzzət qızı Məhərrəmova stansiyada doğuş edən ana və yeni doğulmuş körpə dərhal Respublika Klinik Xəstəxanasına çatdırılıb.

 

Sfera.az xəbər verir ki, TƏBİB-dən verilən məlumata görə, ana hamiləliyin patologiyası şöbəsinə yerləşdirilib.

 

Ona lazımi tibbi xidmətlər göstərilib, plasenta xaric edilib, doğuşdan sonrakı dövrdə qanaxmanın qarşısı alınıb. Onun vəziyyəti hazırda stabil olaraq qiymətləndirilir.
Vaxtından əvvəl – 36-cı həftəsində doğulan körpənin çəkisi 2200 qram, boyu isə 47 santimetrdir. Kişi cinsli olan körpə, vəziyyəti qənaətbəxş olmadığı üçün Yenidoğulmuşların intensiv terapiya bölməsinə yerləşdirilərək CPAP cihazına qoşulub. Hazırda körpə həkim nəzarəti altındadır.


Qeyd edək ki, saat 07:40 radələrində Bakı Metropoliteninin “20 Yanvar” stansiyasından Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzinə doğuşla bağlı müraciət daxil olub. Hadisə yerinə operativ şəkildə tibbi briqada cəlb olunub.


Metropoliten əməkdaşlarının göstərdiyi ilkin yardımdan sonra təcili tibbi yardım briqadası doğuşu nəzarətə götürüb və ana ilə körpəni müvafiq xəstəxanaya hospitalizasiya edib.


Bəsti Rəfizadə
Sfera.az

PAYLAŞ
Sehliyali
Yüklənir...