Naxçıvanda 58 nəfəri gün vurub

Sağlıq
10:22 / 06.08.2025
2949
Naxçıvan Muxtar Respublikasında havaların kəskin isti keçməsi nəticəsində günvurma hallarının sayı artıb.
Sfera.az xəbər verir ki, Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyindən bildirilib ki, cari ilin iyun-iyul aylarında günvurma diaqnozu ilə ümumilikdə, 58 nəfər tibb müəssisələrinə müraciət edib.
Mütəxəssislər vətəndaşlara günvurma riskinə qarşı ehtiyatlı olmağı, xüsusilə yaşlı insanlar, uşaqlar və xroniki xəstəliyi olan şəxslərin günəş şüalarından qorunmalarını tövsiyə edirlər.
Qeyd edək ki, günvurma uzun müddət günəş altında qalmaq nəticəsində bədənin temperaturunun normadan artıq qalxması ilə müşayiət olunan və həyati təhlükə yarada bilən vəziyyətdir.