Sabiq futbolçu Nicat Muxtarovun atası dənizdə boğuldu

Sabiq futbolçu Nicat Muxtarovun atası dənizdə boğuldu
Kateqoriya məlum deyil
T

Sumqayıtda dənizdə bədbəxt hadisə baş verib.

 

Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə Hacı Zeynalabdin qəsəbəsində Xəzər dənizi sahilində qeydə alınıb.

 

Məlumata görə, 1971-ci il təvəllüdlü Asif Muxtarov dənizdə çimərkən batıb.

 

Onun meyiti sudan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

 

Faktla bağlı araşdırma aparılır.

 

Qeyd edək ki, Asif Muxtarov keçmiş futbolçu Nicat Muxtarovun atasıdır. N. Muxtarov “Sumqayıt” klubunda çıxış edib.

 

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR