İstidə bu yeməkləri yeyərkən diqqətli olun


İstidə bu yeməkləri yeyərkən diqqətli olun

Yay aylarında havanın həddindən artıq isti olması bəzi qidaların, xüsusilə soyuducudan kənarda qaldıqda sürətlə xarab olmasına və nəticədə ciddi sağlamlıq problemlərinə yol aça bilər.

 

Sfera.az xəbər verir ki, həkim-qastroenteroloq Gülnarə Ağayeva Metbuat.az-a açıqlamasında bildirib ki, isti havalarda mayonez və xama ilə hazırlanan salatların saxlanma müddəti olduqca qısadır. Onlar hazırlanandan dərhal sonra, ən geci bir neçə saat ərzində istehlak olunmalıdır:

 

“Hətta bu cür salatların soyuducuda saxlanması belə, təhlükəni aradan qaldırmır. Zaman keçdikcə məhsulların tərkibində zərərli bakteriyalar artır və bu da qida zəhərlənməsinə səbəb ola bilər. Zəhərlənmə hallarında ürəkbulanma, qusma, ishal və bəzən hərarətin yüksəlməsi kimi əlamətlər müşahidə olunur. Əgər vaxtında müdaxilə edilməzsə, bu vəziyyət ağır nəticələrə gətirib çıxara bilər. Xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxslər üçün bu cür zəhərlənmələr daha təhlükəlidir”.

 

G.Ağayeva əlavə edib ki, isti aylarda tərkibində krem olan şirniyyatlara və xəmir məhsullarına qarşı da ehtiyatlı olmaq lazımdır:

 

“Belə qidalar əsasən süddən, yağdan və süd məhsullarından hazırlanır və yüksək temperaturda tez xarab olur. Onların tərkibində bakteriyaların çoxalması isə güclü zəhərlənməyə səbəb ola bilər”.

 

Həkim bu fəsildə sağlamlıq baxımından daha uyğun olan qidaları da qeyd edib:

 

“Təzə tərəvəzlərdən bitki yağı və limonla hazırlanan salatlar xüsusilə tövsiyə olunur. Həmçinin yay mövsümündə soyuq ayran, dovğa və doğramac kimi yeməklər həm təhlükəsiz, həm də orqanizm üçün faydalıdır”.


OXŞAR XƏBƏRLƏR

Azərbaycanda daha bir məşhur reper saxlanıldı

Azərbaycanda FTB ləqəbi ilə tanınan reper Məqsəd Bayişov saxlanılıb. Sfera.az-ın məlumatına görə, FTB inzibati qaydada 25 sutka həbs olunub. Qeyd ...

Azərbaycanlı futbolçu faciəvi şəkildə öldü - FOTO

"Zirə" futbol klubunun akademiyasının üzvü Fərid Şahverdiyev faciəvi şəkildə həlak olub.   Sfera.az xəbər verir ki, bakılıların U-16 komand...

Prezident Berdiməhəmmədovun səfəri ilə bağlı PAYLAŞIM ETDİ -VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədovun ölkəmizə səfəri ilə bağlı payl...

Şıxlinski mənim xahişimlə saxlanıldı, Nisanovun bazarı... - Mironov

Azərbaycan diasporunun rəhbərinin oğlu Mutvalı Şıxlinski saxlanılıb. İyunun sonunda bu başdanxarab gənc qaçmaq istəyərkən, xüsusi təyinatlının üzərinə maşın sür...

Şeyx Səudiyyə səfiri ilə görüşdü

İyulun 17-də Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə Səudiyyə Ərəbistanı Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səla...

Əli Həsənovla Səttar Möhbalıyevin qudalığı sonlandı

Prezident Administrasiyasının sabiq şöbə müdiri Əli Həsənovla Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının keçmiş sədri, deputat Səttar Möhbalıyevin...