Diyetoloqdan XƏBƏRDARLIQ– Bu şəxslərə mayonez yemək olmaz


Diyetoloqdan XƏBƏRDARLIQ– Bu şəxslərə mayonez yemək olmaz

“Mayonez ən populyar souslardan biridir, lakin onun müntəzəm istifadəsi sağlamlıq üçün təhlükəli ola bilər”.

 

Sfera.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə açıqlamasında terapevt-diyetoloq Yelena Truskova məlumat verib.

“Ənənəvi mayonezin tərkibinə bitki yağı, yumurta, xardal, duz və şəkər daxildir. Mağazalarda satılan məhsullarda isə əlavə olaraq konservantlar, dad gücləndiriciləri və rəngləndiricilər olur”, — deyə Truskova bildirib.

 

Onun sözlərinə görə, mayonezin faydası onun tərkibindəki A, D, E və K kimi yağda həll olan vitaminlərlə bağlıdır. Bu maddələr toxluq hissini təmin edir. Lakin əsas təhlükə mayonezin yüksək kalorili olması və keyfiyyətsiz bitki yağlarından hazırlanmasıdır.

 

“İstehsalçılar çox vaxt günəbaxan və soya yağlarından istifadə edirlər. Bu yağlar omega-6 yağ turşuları ilə zəngindir. Onların həddən artıq qəbulu damar divarlarında və digər toxumalarda xroniki iltihabi proseslərə səbəb ola bilər ki, bu da aterosklerozun inkişafını sürətləndirir”, — deyə Truskova xəbərdarlıq edib.
 

Diyetoloq əlavə risklərə də diqqət çəkib. Belə ki, mayonezin tərkibindəki konservantlar və dad artırıcılar allergik reaksiyalara və bağırsaq mikroflorasının pozulmasına səbəb ola bilər.
 

Məhsulun yüksək duz və şəkərlə zəngin tərkibi isə orqanizmdə şişkinlik və artıq çəkiyə yol açır.
 

Mütəxəssis, ürək-damar xəstəlikləri, həzm sistemi pozuntuları və artıq çəkidən əziyyət çəkən insanlara mayonezdən uzaq durmağı tövsiyə edib. Uşaqlar üçün isə mağaza mayonezi ümumiyyətlə məsləhət görülmür.

 

Yelena Truskova alternativ olaraq ev şəraitində hazırlanmış mayonezi tövsiyə edib. “Zeytun yağından istifadə etmək, duz və şəkərin miqdarını azaltmaq və kimyəvi qatqıları istisna etmək evdə hazırlanan mayonezi daha təhlükəsiz edir”, — deyə o bildirib.
 

Ənənəvi reseptdən tamamilə imtina etmək istəyənlər üçün isə həkim iki faydalı sous variantı təklif edib: biri yunan yoqurtu, xardal və limon suyundan ibarət, digəri isə avokado, göyərti və ədviyyatlardan hazırlanan sousdur.
 

“Əsas qayda odur ki, souslar az miqdarda hazırlanmalı və bir gün ərzində istifadə olunmalıdır. Bu həm yeməklərin dadını qoruyur, həm də sağlamlıq üçün təhlükə yaratmır”, — deyə diyetoloq qeyd edib.


OXŞAR XƏBƏRLƏR

Ucuz evi haradan almaq olar? - VİDEO

"Bakı və Abşeronda yarım milyona qədər çıxarışsız fərdi həyət evləri var. Onların çıxarışlarının olmaması səbəbindən bu tip əmlaklar kreditli şərtlərlə sat...

Kəngərliyə növbəti köç karvanı yola salındı

‎Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, işğaldan azad edilmiş ərazilərə Böyük Qayıdış davam etdirilir.   Sfera.az AZƏRTAC-a istinadən...

Paytaxtın bu ərazilərində 3 saat işıq olmayacaq

17 iyul tarixində Sabunçu Rayonu Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə yenidənqurma və bərpa işləri həyata keçiriləcək. &nb...

Çempionlar Liqası: "Qarabağ"ın II təsnifat mərhələsindəki rəqibi bəlli olub

"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.   Sfera.az xəbər verir ki, bu, İrlandiya təmsilçisi &...

Laçında yanğın olan ərazidə partlayış baş verdi - YENİLƏNDİ

Laçın rayonunun Bəyli kəndi istiqamətində meşə yanır.   Sfera.az-ın məlumatına görə, aidiyyəti qurumlar hazırda ərazidədir.   Fövqəladə Ha...

“Kaş Mehdini 20 dəqiqə yubadardım” - VİDEO

Xəbər verdiyimiz kimi, iyulun 7-də Abşeron Gənclər şəhərciyində binalardan birində baş verən hadisədən sonra 9-cu sinif şagirdi olan Mehdi ağır yanıq xəsarəti a...