Bu məhsulları qida rasionuna ƏLAVƏ EDİN – Möcüzəvi təsirləri VAR

Bu məhsulları qida rasionuna ƏLAVƏ EDİN – Möcüzəvi təsirləri VAR

Sağlamlığın qorunması üçün təkcə “zərərli qidaları” rasiondan çıxarmaq kifayət etmir. Eyni zamanda “faydalı qidalar” da menyuya əlavə edilməlidir.

 

Sfera.az xəbər verir ki, bu barədə “İzvestiya” nəşrinə danışan ailə nutrisoloqu Antonina Tsvinariya məlumat verib.

 

Onun sözlərinə görə, orqanizmin normal fəaliyyəti üçün böyüklər gündə 25–30 qram lif (kletçatka) qəbul etməlidir. “Lif tərəvəzlərdə, göyərtilərdə, giləmeyvələrdə, kətan və çia toxumlarında, paxlalılarda, qarabaşaqda, kinoa və qəhvəyi düyüdə mövcuddur. Lif xolesterini azaldır, şəkəri stabilləşdirir və mikrobiotanı qidalandırır”, – deyə nutrisoloq bildirib.

 

Tərəvəz və giləmeyvələr arasında antioksidantlarla zəngin olanlar çoxdur. Məsələn, çiyələk və ispanaq bu maddələrlə zəngindir. Antioksidantlar həmçinin yaşıl çayda, zərdəçal (kurkuma) və sarımsaqda da mövcuddur. Bu maddələr hüceyrələri oksidləşdirici stressdən qoruyur, qocalma prosesini ləngidir və bərpanı sürətləndirir.

 

Mütəxəssis qeyd edib ki, skumbriya, sardina və somon kimi yağlı balıq növləri omeqa-3 yağ turşuları ilə zəngindir. Bu turşular iltihab əleyhinə təsir göstərir, qandakı lipid balansını yaxşılaşdırır və beyni qoruyur. Yağlı balığın mütəmadi qəbulu ürək-damar xəstəliklərindən ölüm riskini 16–18% azaldır.

 

İmmunitetin güclü olması üçün rasiona fermentasiya olunmuş məhsulların – turş kələm, təbii yoqurt, kimçi və misonun əlavə olunması tövsiyə edilir. Bu məhsullar mikrobiotanı zənginləşdirir və həzmə kömək edir.


Antonina Tsvinariya bildirib ki, qidalanmanın ən vacib komponentlərindən biri də zülaldır. “Zülal hormonların, fermentlərin və immun hüceyrələrinin qurulmasında əsas materialdır. Onun çatışmazlığı zamanı əzələ kütləsini saxlamaq, enerjini qorumaq və maddələr mübadiləsinin çevikliyini təmin etmək çətinləşir”, – deyə o vurğulayıb.
 

Nutrisoloqun sözlərinə görə, yüksək bioloji əlçatanlığa malik zülal yumurta, balıq, toyuq, hinduşka və paxlalılarda olur. Mütəxəssis həmçinin bildirib ki, sağlam qidalanma qadağalarla deyil, düzgün prioritetlərlə bağlıdır.


OXŞAR XƏBƏRLƏR

Sərhəddən keçid üçün müraciət edən Azərbaycan vətəndaşlarının sayı açıqlandı

"İsrail və İran arasında toqquşma ilə əlaqədar Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinə, İran İslam Respublikasındakı Səfirliyimizə, habelə Təbriz ...

Prezidentin Türkiyə səfərindən yeni görüntülər - VİDEO

Prezidentin Mətbuat Xidməti İlham Əliyevin Türkiyə səfərindən görüntülər paylaşıb.   Sfera.az paylaşımı təqdim edir:     &...

Rəsmi iş yeri olmayanlar ipoteka krediti ala biləcəklər?

Əldə ilkin ödəniş üçün pul var, rəsmi iş yerin olmadığı üçün ev sahibi ola bilmirsən.   Bərbər, bənna, dərzi və digərləri. Bu cür onlarla peşə sahəsi...

Gəncədə azyaşlının üzərinə daş hasar aşıb

Gəncə şəhərində azyaşlı bədbəxt hadisə nəticəsində xəsarət alıb.   Sfera.az-ın məlumatına görə, şəhər sakini, 2013-cü il təvəllüdlü M.H-nin üzər...

Leyla Əliyeva Londonda Azərbaycan pavilyonunun açılışında iştirak edib

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva London Dizayn Biennalesi-2025 çərçivəsində Azərbay...

Test imtahanında 4228 nəfər müəllim iştirak etdi

Dövlət ümumi təhsil müəssisələrində çalışan təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı mərhələsinin ikinci günü yekunlaşıb.   B...