Logo

Mütəxəssislər: Bu oyuncaqlar uşaqlar üçün ZİYANLIDIR

Mütəxəssislər: Bu oyuncaqlar uşaqlar üçün ZİYANLIDIR
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Böyük Britaniya alimləri çoxsaylı araşdırmalar nəticəsində belə qərara gəliblər ki, Barbi və bunun kimi gəlinciklər uşağın inkişafı və sağlamlığı üçün ziyanlıdır.

Sfera.az saglamolun.az-a istinadən bildirir ki, araşdırmalar göstərib ki, Barbi gəlincikləri qızlarda sağlam olmayan stereotiplər yaradır - yalnız arıq insan gözəl ola bilər. Arıqlıq gözəlliklə bərabərləşdirilir və bu da uşaqlarda psixoloji komplekslərin yaranmasına səbəb olur. Bu isə uşağın sağlamlığı və gələcəyi üçün ziyanlıdır. Bəzən qızlar "Barbi kimi" olmaq üçün arıqlamağa çalışır, yeməkdən imtina edir, hətta onlarda anoreksiya inkişaf edir.

Digər tərəfdən alimlər sübut edir ki, daim Barbilərlə oynayan uşaqların yaradıcılıq aktivliyi, fantaziya, təxəyyül normal inkişaf etmir. Nəticədə böyüyəndə onlar elm və texnika kimi sahələrdə uğur qazana bilmir.

Alimlərin fikrinə görə uşaqların inkişafı üçün ən faydalı oyuncaqlar müxtəlif "konstruktor"lardır.  Məhz bu tip oyuncaqlar uşaqlarda təfəkkür, fantaziya, yaradıcılıq qabiliyyətinin inkişafı üçün xüsusilə faydalıdır.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR