Bəzi bitki yağları xərçəngin inkişafını sürətləndirə bilər - Onkoloqdan XƏBƏRDARLIQ


Bəzi bitki yağları xərçəngin inkişafını sürətləndirə bilər - Onkoloqdan XƏBƏRDARLIQ

Soya, günəbaxan və qarğıdalı yağında olan linol turşusunun qəbulu ilə aqressiv süd vəzi xərçəngi növü arasında potensial əlaqə aşkar edilib.

 

Sfera.az-ın məlumatına görə, bu barədə onkoloq professor Castin Stebbinq xəbərdarlıq edib. Bu barədə onun rəhbərliyi altında aparılan tədqiqatlardan sonra aydın olub.

 

Eksperimentlər zamanı bu xəstəliyi olan siçanlar linol turşusu ilə zəngin məhsullarla qidalandırılıb və onların şişlərinin böyüməsi adi qida alan nəzarət qrupu gəmiriciləri ilə müqayisə edilib. Nəticələr göstərib ki, linol turşusu olan bitki yağları ilə qidalanan siçanlarda xərçəng daha sürətlə inkişaf edib.

 

Professor ehtimal edir ki, insanlarda xərçəng hüceyrələri linol turşusuna oxşar şəkildə reaksiya verə bilər.

 

Lakin o vurğulayır ki, əldə edilən məlumatlar bitki yağlarından tamamilə imtina etmək üçün kifayət qədər əsas deyil. Sadəcə süd vəzi xərçəngi riski yüksək olan şəxslər onların istifadəsində daha diqqətli olmalıdır.

 

Professor vurğulayıb ki, xərçəngin profilaktikası və müalicəsində qidalanmanın əsas faktoru bir məhsuldan imtina deyil, tam məhsullardan ibarət balanslaşdırılmış pəhrizdir.

 

Qeyd edək ki, bitki yağlarından norma çərçivəsində istifadə çeşidlərindən asılı olaraq orqanizmə müxtəlif cür faydalı təsirlər göstərir. Ancaq bu məhsulun faydasını saxlamaq üçün düzgün şəkildə istifadə etməliyik.

 

Xüsusilə rafinə olunmamış yağlar daha xeyirlidir, onların tərkibində A, E, D vitaminləri, turşular (olein, linolen, araxin, beqen, stearin, palmitin), fosfor, lesitin, xlorofil və digərləri var.

 

Bitki yağları yüksək antioksidant xüsusiyyətlərə malikdir, bədənin sağlamlığını və gəncliyini qorumağa kömək edir, xroniki xəstəliklərin yaranma riskini azaldır. Bitki yağında olan fitosterinlər bağırsaqda xolesterolun sorulma həcmini azaltmaqla qanda xolesterol səviyyəsini aşağı salır.  (Oxu.az)

 

 


OXŞAR XƏBƏRLƏR

Qadınlar bu cür saqqal saxlayan kişiləri xoşlayır - Sorğu

Panama Katolik Universitetində aparılan yeni bir elmi araşdırma qadınların kişilərdə ən çox hansı saqqal formasını bəyəndiyini müəyyənləşdirib. Araşdırm nəticəl...

Vüqar Bayramov: "Audit nəticəsində 574,9 milyon manatlıq pozuntu aşkar edilib"

"Azərbaycanın dövlət büdcəsinin gəlir və xərclərinin son illər artmasına baxmayaraq Hesablama Palatası tərəfindən həyata keçirilən auditlərin sayının xüsus...

"Bəzi hallarda büdcə vəsaitləri səmərəli xərclənmir" - Müşfiq Cəfərov

Hesablama Palatasının 2024-cü ilə dair hesabatı ilə tanış olduqda, həm müsbət tendensiyalar, həm də bizi düşündürən vacib məqamlar ortaya çıxır. Bu hesabat sadə...

"Dövlət qulluğunun müsahibə mərhələsində dəyişiklik edilsin" - TƏKLİF

“Dövlət qulluğu müsabiqəsinin müsahibə mərhələsində də, ehtiyat kadrların təyinatı məsələsində də çatışmazlıqlar var".   Sfera.az xəbər ve...

"Dünyamız yeni iqtisadi böhranın astanasındadır"- Ceyhun Məmmədov

"Bu gün ölkəmizin qarşısında duran ən mühüm vəzifələrdən biri də hərbi potensialla yanaşı iqtisadi imkanların daha da gücləndirilməsidir".   ...

Papa Fransiskin tabutda olan görüntüsü yayıldı - FOTOLAR

Vatikanın yaydığı rəsmi açıqlamaya əsasən, Katolik dünyasının ruhani lideri, 88 yaşlı Papa Fransisk vəfat edib. Mətbuata təqdim olunan fotolarda Papanın açıq ta...