Bir ay şəkərsiz yaşasaq nə olar? - Bədəndə baş verən dəyişikliklər

Bir ay şəkərsiz yaşasaq nə olar? - Bədəndə baş verən dəyişikliklər

Son dövrlərdə şəkərsiz qidalanma vərdişi bir çox insan tərəfindən gündəlik həyatın bir hissəsinə çevrilib. Dietoloqlar şəkərin sağlamlığa təsirləri və bir ay ərzində şəkər qəbul edilmədikdə bədəndə baş verən dəyişikliklərlə bağlı mühüm məqamları bölüşüblər.

 

Sfera.az xəbər verir ki, dietoloq Rhian Stephenson-un sözlərinə görə, artıq şəkər istifadəsi immunitet sistemini zəiflədir, əhval-ruhiyyəni dəyişir, metabolik pozğunluqlara səbəb olur və iltihab yaradır. Şəkər qəbulu zamanı mədəaltı vəzi qan dövranındakı artıq qlükozanı təmizləmək üçün daha çox insulin ifraz edir. Zamanla hüceyrələr insulinə qarşı müqavimət göstərməyə başlayır və bu, bədəndə balanssızlığa səbəb olur.

 

Şəkərsiz bir ay: həftə-həftə təsirlər

 

İlk həftə bədəndə detoks prosesi başlayır. Şəkərə qarşı istək artır, baş ağrısı, yorğunluq və əhval dəyişiklikləri müşahidə olunur. Digər həftə isə yuxu keyfiyyəti yaxşılaşır, enerji artır. Dəridə canlanma və parlaqlıq müşahidə olunur. 3-cü həftə iltihab səviyyəsi azalır, oynaqlarda yüngüllük hiss edilir. Həzm sistemi daha effektiv işləməyə başlayır. 4-cü həftə - çəki azalır, xüsusilə qarın bölgəsindəki yağlar əriməyə başlayır. Əhval-ruhiyyə sabitləşir, zehni aydınlıq yaranır.

 

Stephenson bildirib ki, şəkər təkcə çəki artımına deyil, həm də bağırsaq mikrobiomunun pozulmasına səbəb olur. Bu, zərərli bakteriyaların artmasına və bağırsaq divarında iltihab yaranmasına gətirib çıxarır. Həzm problemləri və İBS (İrritabl Bağırsaq Sindromu) kimi xəstəliklərin riskini artırır. (Milli.az)


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...