Logo

Şampuna şəkər əlavə etsəniz...

Şampuna şəkər əlavə etsəniz...
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Şəkərin zərərlərini hamımız bilirik, ancaq alimlər şəkərin heç kəsin bilmədiyi faydasını aşkar edib.

Sfera.az publika.az-a istinadən bildirir ki, amerikalı dermatoloq Françeska Fusko şampuna şəkər əlavə etməyi təklif edib. Həkimin sözlərinə görə, şampuna şəkər əlavə etdikdə saçlar daha təmiz və daha sağlam olur.

O, bildirib ki, 1 qaşıq şəkər əlavə edilmiş şampunu saç dərisinə yumşaq masaj edərək vurmaq lazımdır. F.Fusko şəkərin faydasını belə izah edib:

"Şəkər saç dərisindəki yapışqan maddələri təmizləməklə kifayətlənmir, eyni zamanda ölü dəri hüceyrələrini aradan qaldıraraq baxım məhsullarının saça daha təsirli şəkildə nüfuz etməsini təmin edir. Nəticə etibarilə həm saçlarınız daha yaxşı təmizlənir, həm də daha yaxşı nəmlənir".

Dermatoloq onu da bildirib ki, şəkəri yalnız nəmləndirici şampunla qarışdırmaq lazımdır. Bundan başqa, bu üsulu 4 yumadan bir tətbiq etməyi məsləhət görüb.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR