Qulağı ağrıdı, üç saat sonra öldü - Meningit orqanizmi necə məhv edir?

Qulağı ağrıdı, üç saat sonra öldü - Meningit orqanizmi necə məhv edir?

40 yaşlı Pit Hayns qulaq ağrısı səbəbilə getdiyi xəstəxanada cəmi 3 saat sonra vəfat edib.

 

Sfera.az “Sözcü”yə istinadən xəbər verir ki, qəfil başlayan qulaq ağrısını soyuqdəymə hesab edən Pit Hayns evdə huşunu itirərək yıxılıb.

 

Dərhal xəstəxanaya aparılan 40 yaşlı kişinin analizlərinin nəticəsində ona meningit diaqnozu qoyulub. Ölümcül infeksiyaya yoluxan Hayns, xəstəxanada aparılan bütün tibbi müdaxilələrə baxmayaraq, 3 saat sonra həyatını itirib.

 

Mərhumun həyat yoldaşı Lu Hayns ərinin sağlam və formada olduğunu bildirib. Meningit sürətlə Pit Haynsın beyin və onurğa beynini əhatə edib. Orqanizminə yayılaraq qan damarlarının divarlarına zərər vurub və orqanlarında qanaxmalara səbəb olub.

 

Meningit əsasən immun sistemi zəif olan körpələr, uşaqlar, gənclər və böyüklərdə rast gəlinir. Bu xəstəlik bakteriya, virus və ya göbələklər səbəbilə yaranır. Meningitə tutulanların 25 faizi ölür.

 

Meningitin əsas əlamətləri qəfil yüksələn hərarət, güclü baş ağrısı, boyun tutulması, ürəkbulanma və qusma kimi simptomlardır. Sürətlə yayılan infeksiya sepsislə nəticələnərək orqanizmin bütün hissələrinə təsir edir və orqanlara hücum edir.

 

Meningit xəstələrində adətən kiçik qırmızı və ya iynə ucu qədər ləkələr əmələ gəlir. Bu ləkələr sonradan göyərmiş və ya böyük qırmızı-mor ləkələrə çevrilə bilər.

 

Əksər hallarda, qan dövranının məhdudlaşması səbəbindən dəri ağarır və məsələn, şüşə ilə basdırıldıqda bu izlər solur.


Bəsti Rəfizadə


OXŞAR XƏBƏRLƏR

Məhkəmə qadının ətəyini cinayət silahı kimi müsadirə etdi - TƏFƏRRÜATLAR

Finlandiyada oğurluqda təqsirləndirilən iki qaraçı qadının ətəkləri cinayət silahı sayıldıqları üçün müsadirə edilib.   Sfera.az xəbər verir ki, 2023...

Məşhur bloqqer oğurlanan qiymətli əşyalarını 1 il sonra geri qaytardı

Videobloqqer və keçmiş hərbçi, Lord Miles kimi tanınan Miles Routledge ötən il BƏƏ-yə səfəri zamanı əvvəllər itirilmiş simsiz qulaqlıqlarını tapa bilib. Əzmkarl...

Şıxlinskinin azadlığa çıxması üçün o xahiş edib -FOTO

Xəbər verdiyimiz kimi, Yekaterinburqda saxlanılan Azərbaycan diaspor lideri Şahin Şıxlinski azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, Yeni ...

Şahin Şıxlinski sərbəst buraxıldı

Yekaterinburqda kobud şəkildə saxlanılan “Azərbaycan-Ural” ictimai təşkilatının və Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst burax...

Bollivud aktrisası cavanlaşdırıcı iynədən öldü

Bollivudun tanınmış aktrisalarından biri olan Şefali Carivala qəfil vəfat edib.   Sfera.az xəbər verir ki, 42 yaşlı sənətçinin 27 iyun tarixində cava...

"Bu dünyada uşaq gətirmək cəsarət istəyir!" – Nura Suridən üsyan dolu paylaşım

Müğənni Nura Suri paylaşımı ilə sosial şəbəkələrdə diqqət çəkib.   O, yaşadığı dünyadan narahatlığını ifadə edib və son dövrlərdə baş verən hadisələr...