İnsanlar bu yaşlarda daha tez qocalır - Araşdırma

İnsanlar bu yaşlarda daha tez qocalır - Araşdırma

Stanford Universitetində aparılan araşdırmalar, insan orqanizmində qocalma prosesinin iki kritik dövrdə sürətlənməsini müəyyən edib. Tədqiqatda, yaşla əlaqəli sağlamlıq problemlərində, xüsusən dayaq-hərəkət sistemi və ürək-damar xəstəliklərində ani artımların olduğu müşahidə olunub. 

 


Sfera.az xarici mediaya istinadən xəbər verir ki, qocalma prosesi mərhələli, xronoloji şəkildə deyil, müəyyən dövrlərdə baş verir. 

 


Tədqiqatçıların diqqətinə çarpan əsas dəyişikliklər 40 yaşın ortalarında və 60 yaşın əvvəllərində müşahidə edilib. Stanford Universitetindən olan genetik Maykl Snayder deyir ki, insanlar zamanla tədricən dəyişmir, bəzi dövrlərdə sürətli dəyişikliklər yaşayır. Onun sözlərinə görə, 40 yaşın ortaları və 60 yaşın əvvəlləri bu dəyişikliklərin ən sıx olduğu dövrlərdir. 

 


Tədqiqatın aparıcı müəllifi, metabolomika mütəxəssisi Xiaotao Şen, bu nəticələrin həm kişilər, həm də qadınlar üçün daha böyük amillərin rol oynadığını göstərdiyini qeyd edib. “Bu, menopozun qadınlara təsir göstərməsinə baxmayaraq, həm kişilər, həm də qadınlar üçün daha böyük amillərin rol oynadığını göstərir,” - deyə o əlavə edib. Şen, bu amillərin müəyyən edilməsinin gələcək tədqiqatlar üçün prioritet olmalı olduğunu da vurğulayıb. 

 


Bəsti Rəfizadə
 


OXŞAR XƏBƏRLƏR

Mel Gibson gizli şəkildə Serb monastırını ziyarət edib - FOTO

Mel Gibsonun Yunanıstandakı Athos dağındakı Serb monastırına səfəri gizli idi. Onun bir neçə gün monastırda qalması faktı yalnız gedəndən sonra məlum olub. ...

Səhnəyə avtomobillə çıxan Beyons qəzalı vəziyyətə düşüb - FOTO

Amerikalı müğənni Beyons nın Hyuston şəhərində konserti zamanı təhlükəli vəziyyətə düşüb.   Sfera.az bildirir ki, sənətçinin oturduğu avtomobil qəfil...

Günün günorta çağı vertolyotdan yerə nağd pullar töküldü

ABŞ-da Detroytin şərq hissəsinin sakinləri və qonaqları şəhərin üzərindən uçan vertolyotdan pulların səpələndiyini gördükdə şoka düşüblər. Sfera.az bildirir ...

Otelin qırmızı panda xidməti təklif etməsi qalmaqala səbəb olub - FOTO

Çində beşulduzlu otelin müştəriləri ayıltmaq üçün qırmızı pandadan istifadə etməsi mübahisələrə və qalmaqala səbəb olub. Məsələyə görə səlahiyyətlilər araşdırma...

Bu gündən Azərbaycanda qohum evliliyi QADAĞAN EDİLİR

Bu gündən Azərbaycanda əmi, xala, bibi və dayı uşaqlarının evliliyinə qoyulan qadağa qüvvəyə minir.   Sfera.az xəbər verir ki, bu, Prezident İlham Əl...

Liviya sahillərində neft tankerində partlayış

Liviya sahilləri yaxınlığında neft daşıyan "Vilamoura" adlı neft tankerində partlayış baş verib.   Sfera.az xəbər verir ki, bu barədə "...