FHN-dən müraciət: "Təhlükəsizliyə ciddi əməl edin..."

FHN-dən müraciət: "Təhlükəsizliyə ciddi əməl edin..."

Hazırda ölkə ərazisində müşahidə edilən kəskin və yağıntılı hava şəraiti ilə əlaqədar Fövqəladə Hallar Nazirliyi əhaliyə təkrar müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına ciddi əməl etməyə çağırır.

 

Sfera.az xəbər verir ki, müraciətdə bildirilib:

 

“Soyuq və yağıntılı hava şəraiti qaz və elektrik qızdırıcı cihazlarından istifadənin xeyli artmasına səbəb olduğundan, elektrik şəbəkəsinin həddindən artıq yüklənməsi, habelə nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qaz və elektrik qızdırıcı cihazlarından istifadə, ehtiyatsızlıq yanğın və ya partlayışla nəticələnə, həmçinin dəm qazı təhlükəsi yarada bilər. Odur ki, nasaz, qeyri-standart və ya kustar üsulla hazırlanmış qızdırıcı cihazlardan istifadə edilməməli, elektrik şəbəkəsi həddindən artıq yüklənməməli, işlək vəziyyətdə olan qızdırıcı cihazlar nəzarətsiz qoyulmamalı, qızdırıcı cihazların bilavasitə yaxınlığında yanar materiallar və asan alışan mayelər saxlanılmamalı, cihazlardan zavod istehsalçılarının təlimatlarına (tövsiyələrinə) uyğun istifadə edilməlidir”

 

Eyni zamanda, xüsusilə dağlıq ərazilərdə yaşayan, eləcə də dağlara səfər edən insanlara rəsmi qurumların hava şəraiti ilə bağlı proqnozlarına diqqət yetirməyi tövsiyə olunub:

 

“Şaxtalı və çovğunlu havada mümkün qədər yaşayış məntəqəsini tərk etməməyi, belə bir zərurət yarandıqda hərəkət istiqaməti barədə yaxınlarını əvvəlcədən məlumatlandırmağı, hərəkət avtomobillə olduqda avtomobilin texniki göstəricilərinin fəslə uyğunluğunu və kifayət qədər yanacaq ehtiyatını təmin etməyi, nabələd məkanlara yaxınlaşmamağı və belə bir hərəkət marşrutu seçməməyi, olduqları yerlərdə xəbərdaredici və qadağanedici nişanların tələblərinə əməl etməyi, qar uçqunu ehtimalı olan yerlərdən, o cümlədən dik yamaclardan kənar gəzməyi, günün qaranlıq vaxtına qalmadan yaşayış məntəqəsinə geri dönməyi tövsiyə edirik.

Bundan başqa, güclü külək zamanı yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Həmçinin, güclü küləyin baş verən yanğınların söndürülməsi ilə əlaqədar yaratdığı çətinlikləri nəzərə alaraq, küləkli hava şəraitində yanğın təhlükəsizliyi qaydalarına xüsusilə ciddi riayət edilməlidir.

Bununla yanaşı, yolların buz bağlaması hallarında piyadalar ayaqqabını sürüşməyə qarşı hazırlamalı, ehtiyatla, tələsmədən, ayaqqabını yerə bütövlükdə basaraq hərəkət etməlidirlər. Buzlu yolda sürüşsəniz, zərbənin gücünü azaltmaq üçün oturun, yıxıldığınız halda isə qollarınızı büküb diyirlənərək zədə almaqdan qorunun. Yaşlı insanların rezin ucluqlu əsadan, yaxud ucları batıcı olan xüsusi çubuqdan istifadə etməsi tövsiyə olunur”.


OXŞAR XƏBƏRLƏR

Tərtər çayında yeniyetmə boğuldu

Bərdə rayonunda yeniyetmə Tərtər çayında boğulub.   Sfera.az Report-a istinadən xəbər verir ki, Ağdam rayon sakini - 2010-cu il təvəllüdlü Əli F...

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı Heydər Əliyevin 102-ci ildönümünə həsr olunan görüş təşkil olundu - Fotolar

Yeni Azərbaycan Partiyasının Zaqatala Təşkilatı sədri Fərid bəy Ramazanovun təşəbbüsü ilə təşkilat əməkdaşlarıyla Zaqatala rayon Heydər Əliyev adına Mərkəzdə da...

Bakıda 5 otaqlı ev yandı

Bakının Xəzər rayonunda yanğın olub.   Fövqəladə Hallar Nazirliyindən Sfera.az-a verilən məlumata görə, Bakı şəhərinin Xəzər rayonunda ümumi sah...

Ermənistan müxalifəti Paşinyanın impiçmentini istəyir - Proses başlayıb

Ermənistanın Vahid Milli Konstitusiya Partiyası ölkənin baş naziri Nikol Paşinyana etimadsızlıq votumu bildirilməsi prosesinə başlayıb.   Sfera.az &l...

Avropanın ən yaxşı 10 çimərliyi - Siyahıda Türkiyə də var

İngiltərənin tanınmış qəzetlərindən olan “The Guardian” Avropanın ən gözəl çimərlikləri ilə bağlı oxucuları arasında sorğu keçirib. Sfera.az xə...

Halit Ergenç və Rıza Kocaoğluna 4 ilə qədər HƏBS TƏLƏBİ - VİDEO

Məşhur türkiyəli aktyorlar Halit Ergenç və Rıza Kocaoğlu menecer Ayşe Barıma qarşı aparılan istintaqda yalan ifadə verdiyi iddiası ilə hər b...