Kişilərin "qadınlaşması" hormonal defektdir, yoxsa şəxsi seçim? - AÇIQLAMA

Kişilərin "qadınlaşması" hormonal defektdir, yoxsa şəxsi seçim? - AÇIQLAMA

Son illərdə "oğlanların qızlaşması", "kişilərin qadınlaşması" ifadəsi tez-tez işlənir. Bu həm cinsiyyətin sosial konstruksiyaları, həm də gənc oğlanların psixoloji və fiziki dəyişiklikləri ilə əlaqədar məsələdir. Cəmiyyət kişilərdən "sərt", "güclü" və "lider" olmalarını gözləsə də, onların çoxu bu düşüncəni artıq aşıb. Kişilərin qadın davranışları sərgiləməsi, emosional ifadələrini və həssas tərəflərini göstərməsi çoxları tərəfindən normal qəbul edilir.


Bəs nəyə görə kişilər qadın davranışları sərgiləyirlər?


Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Gülər Məmmədova bildirib ki, son dövrlər kişilərin qadın davranışları sərgiləməsi onların daha çox empatiya və əlaqə qurmaq istəməsindən qaynaqlanır:

 


"Emosional dərinlik, incəlik və qayğıkeşlik kimi xüsusiyyətlər yalnız qadınlara aid olmamalıdır. İndiki dövrdə kişilər də bu xüsusiyyətləri sərgiləyərək daha yaxın münasibətlər qurmağa çalışırlar.Hələ də bəzi cəmiyyətlərdə kişilərin qadın davranışlarını sərgiləməsi qəbul olunmur. Bu, çox zaman kişilərin zəif və qeyri-kamil göstərilməsinə gətirib çıxara bilər. Lakin bu yanaşma zamanla dəyişir.Estetik görünüşə olan maraq və özünə qayğı əvvəllər yalnız qadınlara xas davranışlar kimi qəbul edilirdisə, indi bu hallar kişilərdə də var. Bu, cəmiyyətin dəyişən gözləntiləri ilə sıx əlaqəlidir. Oğlanlar artıq saç modelləri, geyim və baxımlı olma mövzusunda daha seçici olurlar. Təsadüfi deyil ki, kosmetika, baxım və moda sahələrində də kişilər böyük bazar payına sahibdirlər". 


Psixoloq qeyd edib ki, kişilərin bəzən qadın davranışları sərgiləməsi hormonlarla da əlaqəli ola bilir:


"Kişilərin bədənlərində baş verən fiziki dəyişikliklər çox vaxt hormonal dəyişikliklərlə bağlıdır. Məsələn, testosteron hormonunun səviyyəsi azaldıqca kişilərdə bəzi qadın xüsusiyyətləri, məsələn, bədən yağı nisbətinin artması və səsin incəlməsi kimi dəyişikliklər meydana gəlir. Bəzən bu, yaşla əlaqəli olaraq baş verən təbii dəyişikliklər ola bilər".


Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Telekanallarda daha çox hansı məzmunda verilişlər yayımlanır? – AÇIQLAMA

Azərbaycanda televiziya kanallarında efirə verilən proqramların janr bölgüsü açıqlanıb.   Sfera.az xəbər verir ki, Audioviziual Şuradan Trend-in sorğ...

Azad edilmiş ərazilərdə təhlükəli radioaktiv maddələr aşkarlanıb

İşğaldan azad edilmiş ərazilərdə radioaktiv maddələrin mövcudluğu ilə bağlı aparılan araşdırmalara İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi (İRİA) cəlb olunub. ...

Türkiyədə PKK terrorçusu 31 ildən sonra azadlığa buraxıldı

Türkiyədə PKK terror təşkilatının üzvü Veysi Aktaş İmralı həbsxanasından azadlığa buraxılıb.   Sfera.az xəbər verir ki, bu barədə ANKA agentliyinə is...

Azərbaycanda kredit faizlərinin ən yüksək olduğu REGİONLAR

Ölkə üzrə ən yüksək kredit faizlərinin olduğu bölgələr məlum olub.   Sfera.az xəbər verir ki, bu barədə Mərkəzi Bankın hesabatında bildirilib. &nb...

Tələbənin sosial kredit alması üçün bal tələbi var? - RƏSMİ

Ali təhsil pilləsinin magistratura səviyyəsinə qəbul olunmuş şəxslərin sənəd qəbulu prosesinə start verilib.   2025-2026-cı tədris ilinin payız semes...

Pensiya və maaşlarla bağlı yenilik gözlənir – TARİX açıqlandı

Son dövrlərdə tələbə təqaüdləri də daxil olmaqla bir sıra sosial ödənişlərdə artımlar həyata keçirilib. İndi isə ictimaiyyətin əsas diqqətində maaş və pensiyala...