Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?

Hansı daha faydalıdır: Səhər, yoxsa axşam çimmək?

Amerikalı mütəxəssislərin apardıqları araşdırma nəticəsində məlum olub ki, səhər çimmək beyin üçün faydalıdır.

Çoxumuz səhər oyandıqdan sonra, ya da gecə yatmazdan əvvəl duş qəbul edirik. Aparılan yeni araşdırma göstərib ki, duş qəbul etdiyimiz saatlar beyinə təsir edir. Publika.az xarici mətbuata istinadən xəbər verir ki, araşdırmaya görə stressli işdə çalışanlar üçün ideal duş vaxtı səhərdir. Belə insanların səhərlər duş qəbul etməsi yaradıcılığı artırır. Alimlər yuxusuzluqdan əziyyət çəkənlərə isə axşam çimməyi məsləhət görüb.

Sfera.az publika.az-a istinadən xəbər verir ki, Harvard Universitetində psixologiyadan dərs deyən Şelley Karson bildirib ki, araşdırma nəticələri işlərindən dolayı stressə düşən və ya yaradıcılıq baxımdan üzərilərində təzyiq hiss edən şəxslər üçün əhəmiyyətli olacaq:

"Duş rahatladıcı təsirə malikdir, eyni zamanda səhərlər yuyunmaq beyin hüceyrələrinə müsbət istiqamətdə təsir edir. Bu da yaradıcılığa təkan verir. Sinirlər sakitləşir, yenilənir və canlanır. Yeni fikirlər və həll yolları öz-özünə yaranır. Digər tərəfdən axşam duş qəbul etmək bədən temperaturunu nizama salır və daha rahat yuxuya getməyi təmin edir. Hamamdan çıxdıqda bədəndə meydana gələn sərinlik təbii yuxu hərəkətvericisidir. Bu şəkildə bədəninizi yuxu vaxtının gəldiyinə inandıra bilərsiniz".

Psixoloqun sözlərinə görə, hamam saatı qədər suyun temperaturu da mühümdür. O, etiraf edib ki, isti duş insana özünü yaxşı hiss etdirsə də, sağlamlıq baxımdan ilıq duş daha çox faydalıdır.


OXŞAR XƏBƏRLƏR

Pilotlar təyyarəni buna görə dənizə endirməyib - Kapitan danışdı

AzTV-də yayımlanan “Hədəf” verilişində qəzadan sonra müzakirə olunan sualları AZAL-ın kapitanı ətraflı şəkildə cavablandırıb.   Sfera.az ...

Qazaxıstanda Xəzərə çələnglər buraxıldı

"Azərbaycan Hava Yolları"na məxsus J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən "Embraer 190" təyyarəsinin necə qəzaya uğraması nəticə...

Son paylaşımını Azərbaycan dilində yazıbmış...

Xəbər verdiyimiz kimi, ötən gün Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində 6 Qazaxıstan vətəndaşı həlak olub. Onlar arasında Qazaxı...

Tünzalə Ağayeva təyyarə qəzası ilə bağlı paylaşım etdi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva ötən gün baş verən dəhşətli təyyarə qəzası ilə bağlı paylaşım edib.   Sfera.az xəbər verir ki, müğənni, şəxsi “İns...

Rusiyada fövqəladə vəziyyət elan edildi

Rusiya Fövqəladə Hallar Nazirliyinin rəhbəri Aleksandr Kurenkovun sədrliyi ilə hökumət komissiyası Kerç boğazına yanacaq axması ilə əlaqədar federal səviyyəli f...

SEPAH nümayəndələri Azərbaycana başsağlığı verdilər

İran İslam Respublikası Silahlı Qüvvələrinin nümayəndələri Azərbaycanın Tehrandakı səfirliyini ziyarət edərək başsağlığı veriblər.   Sfera.az xə...