21 yaşlı qız kəskin ağciyər çatışmazlığından ÖLDÜ
Sağlıq
12:05 / 15.01.2025
4291
Azərbaycanda daha bir nəfər kəskin ağciyər çatışmazlığı ilə yerləşdirildiyi xəstəxanada vəfat edib.
Sfera.az xəbər verir ki, Saatlı şəhər sakini 2004-cü il təvəllüdlü Pərvanə Xəyal qızı Həvəskari yanvarın 13-ü kəskin ağciyər çatışmazlığı diaqnozu ilə xəstəxanaya aparılıb.
Tibbi yardıma baxmayaraq, o, yanvarın 14-ü vəfat edib.
Faktla bağlı araşdırmalar aparılır.
Qeyd edək ki, son günlər dünyada və ölkəmizdə kəskin virusun yayılması barədə məlumatlar paylaşılır.