Bu insanlar daha çox yumurta yeməlidir - ARAŞDIRMA

Bu insanlar daha çox yumurta yeməlidir - ARAŞDIRMA

İnsan yaşlandıqca bədəndə ağrıların artması müşahidə edilir. Yaşlılıq ürək xəstəlikləri, osteoporoz və idrak qabiliyyətinin azalması kimi problemlər ortaya çıxara bilər. Buna görə yaşlı insanlara fiziki və idrak qabiliyyətini yaxşılaşdırmaq üçün meyvə, tərəvəz, qoz-fındıq və taxıllarla zəngin pəhrizli qidalanmaq tövsiyə olunur.

 

Sfera.az “Health Digest” nəşrinə istinadən xəbər verir ki, yaşlı insanlar orqanizmin normal fəaliyyət göstərməsi üçün hökmən hər gün adıçəkilən qidalarla yanaşı, yumurta da yeməlidir.

 

Tibbi rəyə görə, yumurtanın tərkibində sağlam qocalma üçün vacib olan bəzi əsas qidalar var. Yumurta yüksək keyfiyyətli zülalın ən yaxşı mənbələrindən biri hesab edilir. O, B12 vitamini ilə zəngindir, həmçinin onda xolin və D vitamini daxil olmaqla mühüm qida maddələri mövcuddur.

 

Nəşr xatırladır ki, 2018-ci ildə Amerika Qidalanma Kollecinin Jurnalında dərc edilən bir araşdırmada yumurtada kolin və luteinin çox olduğu, bunun insanda beyin inkişafını təşviq etdiyi və sonrakı həyatda beyin funksiyalarındakı geriləmənin qarşısını ala biləcəyi qeyd edilib.

 

2024-cü ildə aparılan bir araşdırma isə üzə çıxarıb ki, orta yaşda yumurta yeyən insanların zehninin iş qabiliyyəti sonrakı həyatlarında daha yaxşı olur. Araşdırma göstərib ki, daha çox yumurta yeyən 60 yaşdan yuxarı kişilər daha az yumurta yeyənlərlə müqayisədə 16 ildən sonra yaddaş testlərində daha yaxşı nəticə göstəriblər. Bundan əlavə, yumurta kalsium və xüsusi karotenoidlərlə birlikdə sümük sağlamlığını qorumağa kömək edən D vitamininin bir neçə təbii qida qaynağından biridir.

 

2021-ci ildə aparılan bir araşdırmaya görə, daha çox yumurta yeyən şəxsin sümüklərinin sıxlığının yaşlandıqda belə daha yüksək olduğu üzə çıxıb. Buna görə də tibbi araşdırmalar zülal mübadiləsində baş verən dəyişiklikləri kompensasiya etmək üçün, xüsusilə yaşlı insanların müntəzəm yumurta istehlak etmələrinin vacib olduğunu göstərir.

 

Vasif

Sfera.az


OXŞAR XƏBƏRLƏR

Kiberdələduzluq hallarında cinayətkarlar necə müəyyənləşdirilir? - AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

Bakı Kitab Mərkəzində “20 Yanvar - Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib - FOTOLAR

Bakı Kitab Mərkəzində 20 Yanvar faciəsinin 35-ci ildönümünə həsr olunmuş “20 Yanvar - Azadlığın Zirvə Günü” adlı tədbir keçirilib.   Sfer...

Hakan Fidan: Qəzzadakı atəşkəs rejimi Türkiyə üçün vacibdir

Qəzzadakı atəşkəs rejimi, təbii, Türkiyə üçün vacibdir və Türkiyə atəşkəs rejiminin davamlı olmasını arzu edir.   Sfera.az xəbər verir ki,  bu f...

"Bu saziş İranın Rusiya-Ukrayna müharibəsində iştirakını leqallaşdırır" - AÇIQLAMA

Yanvarın 12-də Rusiya ilə İran arasında Hərtərəfli Strateji Tərəfdaşlıq Sazişi imzalanıb. Mərasim Kremldəki danışıqlardan sonra baş tutub.   Maraqlıd...

Azərbaycanda YENİ DƏLƏDUZLUQ: "Caller ID Spoofing" nədir, necə tətbiq olunur? - XƏBƏRDARLIQ!

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın atasına bank adı ilə zəng edən dələduzlar onun 80 min manatdan artıq pul vəsaitini oğurlayıblar. Daxili ...

"Kapital Bank"dan Hökümənin atasının üzləşdiyi dələduzluq halı ilə bağlı AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Milli Qəhrəman Hökumə Əliyevanın ailəsi dələduzluq halı ilə üzləşib. Hökumə Əliyevanın vəfatına görə ailəsinə ödənilən sığorta və kompens...