Azərbaycanda ilk dəfə “Kosmik tibbin əsasları” təlimi keçirilir - FOTOLAR

Azərbaycanda ilk dəfə "Kosmik tibbin əsasları" təlimi keçirilir - FOTOLAR
Kateqoriya məlum deyil
T

Azərbaycanda ilk dəfə "Azərkosmos" İslam Dünyası Təhsil, Elm və Mədəniyyət Təşkilatı ilə (ICESCO) birgə “Kosmik tibbin əsasları” mövzusunda beynəlxalq təlim keçirilir.

 

Sfera.az xəbər verir ki, təlimdə Azərbaycan Respublikasının Kosmik Agentliyinin (“Azərkosmos”) İdarә Heyәtinin sәdri Saməddin Əsədov, Azərbaycan Tibb Universitetinin tədris işləri üzrə prorektoru Nazim Pənahov, İSESCO-nun Bakı ofisinin direktor müavini və digər Azərbaycan Hərbi Cərrahiyyə Cəmiyyətinin və ABŞ-nin tibb, fizika və kosmos sahəsi üzrə ixtisaslaşmış professorları iştirak edir.

 

Bu unikal təlim iştirakçılara kosmik tibbin əsasları, mikroqravitasiyaya uyğunlaşma, kosmosda tibbi monitorinq, teletibb, psixoloji yanaşmalar və təlimlər, ürək-damar adaptasiyası, skelet sistemləri, əzələ və sümük quruluşu, görmə dəyişiklikləri, nevroloji dəyişikliklər və digər mövzular üzrə dərin biliklər təqdim edəcək.Təlim 19-21 dekabr tarixlərində Azərbaycan İdman Akademiyasında davam edəcək.

 

Kosmik tibb kosmosda və mikroqravitasiya şəraitində insan sağlamlığını və fiziologiyasını öyrənən çoxşaxəli bir sahədir. Bu sahə astronavtların və kosmosda fəaliyyət göstərən mütəxəssislərin sağlamlığını qorumaq, onların tibbi ehtiyaclarını qarşılamaq və kosmosun insan orqanizminə təsirini anlamaq məqsədini daşıyır.

 

Qeyd edək ki, bu unikal təşəbbüs İCESCO-nun, Səhiyyə Nazirliyinin, Azərbaycan İdman Akademiyasının, Azərbaycan Milli AntiDopinq Agentliyinin, Azərbaycan Hərbi Cərrahiyyə Cəmiyyətinin, həmçinin ABŞ-dən təlimə gələn təlimçilərin təşkilatçılığı ilə həyata keçirilir.

 

Firuzə Əliyeva

Fotolar: Anar Bayramlı

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Gallery image 20
Gallery image 21
Gallery image 22
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
Thumbnail 20
Thumbnail 21
Thumbnail 22
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR