Qocalmanı yavaşlatmağın gözlənilməz yolu ortaya çıxıb
"Başqalarına çox kömək edən, çox ünsiyyət quran və sosial əhəmiyyətini hiss edən insanlar bir az daha yavaş yaşlanır".
Sfera.az xəbər verir ki, bunu endokrinoloq, tibb elmləri doktoru Zuxra Pavlova bildirib.
Pavlovanın fikrincə, qocalmanı könüllülüklə yavaşlatmaq olar, çünki bu, insanın sosial və fiziki fəaliyyətini təşviq edir. Hətta ildə cəmi 49 saatını ictimai xidmət fəaliyyətlərinə həsr etmək belə yaşlı insanlar üçün sağlamlıq faydaları təmin edə bilər. Əgər ictimai xidmət ildə 50 ilə 199 saat arasında, yəni həftədə təxminən bir saatdan dörd saata qədər çəkirsə, bu, təqaüdçülərin rifahına ən böyük fayda verər.
"İldə 200 saatdan çox könüllü olaraq ictimai xidmət, təkcə təqaüdçülər üçün deyil, həm də işləyən insanlar üçün əhəmiyyətlidir",- həkim deyib.
O, həmçinin sosial fəaliyyətin qocalıq demansının qarşısının alınmasında təsirli vasitə olduğunu xatırladıb.
İnci