Ağciyər xərçənginin 7 GİZLİ SİMPTOMU
Sağlıq
19:07 / 08.01.2017
1464
Lakin xəstəliyinin məhz ilk mərhələlərdə aşkar olunması olduqca vacibdir. Bu uğurlu müalicənin əsas şərtidir.
Sfera.az saglamolun.az-a istinadən bildirir ki, ağciyər xərçəngi dünyada ən tez rast gəlinən xərçəng növlərindən biridir. İldən-ilə bütün dünyada bu xəstəliyin halları artır. Bu xəstəlik uzun müddət ərzində gizli inkişaf edir.
Sizə ağciyər xərçənginin 7 gizli simptomunu təqdim edirik:
- uzun müddət keçməyən öskürək, selikli və ya selikli-irinli bəlğəm
- döş qəfəsində ağrılar
- təngnəfəslik
- səsin tutulması, xırıltılı olması
- iş qabiliyyətinin azalması, "səbəbsiz" yorğunluq, zəiflik
- hərarətin bir qədər qalxması
- çəkinin "səbəbsiz" azalması.
Əgər siz siqaret çəkirsinizsə və sizdə bu simptomlar varsa, vaxt itirmədən həkimə müraciət edin.