Dırnaq göbəliyinin inanılmaz fəsadı
Çox sadə problemlər olaraq görülən dırnaq göbələkləri, müalicə edilmədiyi təqdirdə ciddi sağlamlıq problemlərinə yol açır.
Dırnaqda ağ və sarı ləkələrlə başlayan dırnaq göbələyi infeksiyasının dırnaqlarda böyük bir ziyana yol aça bilir. Belə ki, diabet xəstələrində, dərman müalicəsi tətbiq olunan kəslərdə, immunitet sistemi zəif olan insanlarda dırnaq göbələyi infeksiyası qanqrenaya qədər gətirib çıxara bilir.
Sfera.az atv.az-a istinadən bildirir ki, dırnaq göbələyi ümumiyyətlə dırnaq altında başlayır, dırnağın kökünə yavaş-yavaş yayılır, qalınlaşır, dırnağı boşaldır və dırnağı ətdən ayırmağa səbəb olur. Ən sonunda dırnaq tamamilə zərər görür.
Bir çox dırnaq xəstəliyinin görünüşü başlanğıcda göbələk xəstəliyinə bənzəyir: Bu səbəblə göbələk xəstəliyinin diaqnozu müalicəyə başlamadan əvvəl dəqiqləşdirilməlidir. Dırnağın parçalanan qisimindən bir nümunə alınaraq laboratoriyada mikroskop altında baxılaraq və ya mədəniyyət mühitində çıxararaq qəti diaqnoz qoyulmalıdır.
Onikomikozun (dırnaq göbələk infeksiyasının) səbəbləri nədir?
Dermatofit tipi göbələklər dırnaq göbələk xəstəliyinə ən tez səbəb olan vəziyyətdir. Dırnaq göbələk xəstəliyinin daha az görülən digər səbəbləri isə maya adı verilən göbələk tipləridir. Maya göbələkləri daha çox zəiflənmiş dırnaqlarda əmələ gəlir.
Bundan əlavə şəkər xəstəliyi olanlarda və ayaqları çox tərləyənlərdə də göbələk xəstəliyi daha sıx görülür. Ayaq dırnaqlarında göbələk infeksiyası daha tez bilinir, əl dırnaqlarından isə daha gec büruzə verir.
Dırnağın göbələk infeksiyalarının əlamətləri bunlardır:
Dırnaqlarda qalınlaşma,
Rəng və şəkillərində pozulma,
Ayaqqabıda olarkən dırnaqların ağrıması,
Dırnağın seqmentində çətinlik,
Əgər bunlardan birini dırnaqlarınzda müşahidə etsəz o zaman mütləq həkimə müraciət edin.