Orqanizmi qışa necə hazırlamalı

Orqanizmi qışa necə hazırlamalı

İsti yay fəsli öz yerini sərin və küləkli payıza verdikcə havalar soyumağa başlayır. Bütün canlı təbiət, o cümlədən insanlar soyuqlar düşdükcə təbii olaraq üşüyür. Küləklərin artması və yağan yağışlar zəif orqanizmi olan və xəstə insanları daha çox narahat edir. Nəzərə alsaq ki, payız mövsümündə bir çox xroniki xəstəliklər baş qaldırır və insanlar kəskin respirator virus xəstəliklərinə qarşı daha həssas olurlar.

Sfera.az immunitet.az-a istinadən bildirir ki, deməli onların bu mövsümə hazır olmaları gərəkdir. Bu hazırlıq insanın bədənini, payız və qış aylarının soyuğuna, xəstəliklərinə qarşı qoruyucu rol oynamalıdır.
"Sağlam bədəndə sağlam ruh olar" prinsipindən yararlanmaq bu baxımdan çox doğru səslənir. Siz də həm bədəninizin, həm də ruhunuzun sağlam olması üçün bəzi qaydalara əməl etməlisiniz. Bu qaydalar sizin immun sisteminizi möhkəmləndirəcək və xəstəliklərə qarşı müqavimətinizi atrıracaqdır. Bəs bu qaydalar hansılardır?
1. Gündəlik qəbul etdiyiniz qidaların 70-80%-i meyvə və tərəvəzdən ibarət olmalıdır.
2. Qəbul etdiyiniz meyvə və tərəvəzlər yerli və təbii üsullarla becərilmiş olmalıdır.
3. Qəbul etdiyiniz qidaların 20%-i turş olmalıdır.
4. Tərəvəzlər yalnız bişirildiyi gün yeyilməlidir.
5. Tərəvəzləri qızartmaq əvəzinə buxarda bişirilsə, daha yaxşı olar.
6. Ən keyfiyyətli yemək süfrəsi səhər açılmalıdır.
7. Günorta yeməyi orta ağırlıqda olmalıdır.
8. Axşam yeməyi zəif olmalıdır.
9. Sakitləşdirici musiqi sədaları altında yemək daha məqsədə uyğun sayılır.
10. Yay aylarında bol meyvə və tərəvəz yeyilməlidir.
11. Hər bir meyvə və trəvəz öz mövsümündə yeyilməlidir.
12. Rafinadlaşdırılmış qidalardan uzaq durmaq lazımdır (şəkər, un, düyü).
13. Gündəlik həyat tərzinizdə hərəkətiniz azdırdsa, qidanızı da azaltmalısınız.
Yuxarıda yazılanlardan başqa immun sisteminizi artırmaq üçün daha bir-neçə məsləhətə əməl etməniz lazımdır:
- Yuxu sisteminizi normaya salmaq lazımdır. Unutmaq lazım deyil ki, qarşıdan qış gəlir və qışda sizin gecə yuxunuz çox olacaq.
- Gününüzü rejimə salsanız yaxşı olar. Eyni saatda yuxudan durmaq, eyni saatda yemək və s.
- Zehni işlə məşğul olan adamlar arada bir dərindən nəfəs almalıdır.
- Sakit olmağa çalışmaq lazımdır. Ətrafdakıların hər sözünə diqqət yetirmək lazım deyil.
- Stressdən qaçın və sakit həyat tərzinə üstünlük verin.


OXŞAR XƏBƏRLƏR

Melaniya Tramp uzun müddət sonra qəfil həyat yoldaşının yanına qayıdıb

ABŞ prezidenti Donald Tramp və birinci xanım Melaniya Tramp Ağ Evdən və ictimai məkandan çox uzun müddət uzaqlaşmasından sonra bir araya gəliblər. Sfe...

İngiltərəni sarsıdan cinayət hekayəsi: İtmiş Lord, ölü dayə və Ledi Lukan

1974-cü ildə İngiltərədə bir qətl törədilib, bir Xanım ölümdən dönüb və bir Lord itkin düşüb. Sfera.az İngiltərəni sarsıdan və hələ də sual işarələri ilə d...

Madridin mərkəzində qeyri-adi xilasetmə əməliyyatı

Bir neçə gün əvvəl köməyə çağırış alan İspaniyanın paytaxtı Madrid şəhərinin yanğınsöndürmə xidmətinin işçilərinin başına heyrətamiz hekayə gəlib. Belə ki, hadi...

5 nəfərlik dəstə "Amerika" adlı qızıl tualet oğurladı - FOTO

Britaniyada 2019-cu ildə Blenheim sarayından qızıl unitaz oğurlayan oğrular mühakimə olunub. Sərginin bir hissəsi olan unitazın özü heç vaxt tapılmayıb.  ...

Yarasa yəməklə yaranan naməlum xəstəlik 48 saatda öldürür

Konqonun şimal-qərbində naməlum xəstəlik bir çox insanın həyatına son qoyub. Hadisə yerində olan həkimlərin və Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, s...

Yuxusunda cek-pot udduğunu gördü: Oyandıqda şoka düşdü

ABŞ-ın Stenli şəhərindən olan Robert Hoban lotereyada udmağı o qədər xəyal edib ki, bir gecə yatmazdan əvvəl sırf bu barədə fikirləşərək yuxuya gedib. Yuxusunda...