Bu dərmanlar istifadədən çıxarıldı
Sağlıq
13:13 / 20.12.2016
1666
"Azərbaycanda 2016-ci ildə 2 dərman vasitəsi yararsız olduğuna görə istifadədən çıxarılıb”.
Sfera.az xəbər verir ki, bunu Səhiyyə Nazirliyinin Dərman Vasitələrinin Analitik Ekspertiza Mərkəzinin formokonəzarət üzrə eksperti Elmin Quliyev deyib. Onun sözlərinə görə, həmin dərman vasitələri alllergik reaksiyaları və effektsiz olmasına görə istifadəsi qadağan edilib:
"Onlardan "Bioparoks” dərman vasitəsi ciddi allergik reaksiyalar aşkarlanması, anofilaktik şok xarakterli olmasına görə istifadəsi qadağan edilib. Araşdırma zamanı onun zərərinin faydasından çox olduğu müəyyən edilib. Həmin adlı dərman vasitəsinin dünyada istifadəsi qadağan edilib. Bizə də məlumat daxil olandan sonra ölkəmizdə də qadağan edilib. Digər dərman vasitəsi isə "Kvinaks” dərmandır. Həmin dərman vasitəsi effektsiz olmasına görə istifadədən çıxarılıb. Bu dərman vasitəsi də Azərbaycan bazarında çıxarılıb, idxalı dayandırılıb”.
E.Quliyev onu da bildirib ki, hər iki dərman vasitəsi ilə bağlı bizə müraciətlər olmayıb: "Azərbaycanda hər hansı dərman vasitəsinin effektsiz olması ilə bağlı məlumat əldə etməmişik. Həkimlər və istifadəçilər effketini görmədikdə, mərkəzimizə müraciət etmələrini çox istərdik. Ekkeftsiz olmaq halı isə fərdi ola bilər. Bunun üçün müayinələr aparılmalıdır. Çünki allergik reaksiyalar da insanlarda fərqlidir. Dərman vasitələrinin dozaları irqi faktorlardan da asılıdır”.
Son vaxtlar valideynlər tərəfindən uşaqlar üçün istifadə edilən "Pulmaksol” adlı dərman vasitələrinin effketsiz olması ilə bağlı şikayətlərin araşdırmaya ehtiyac olduğunu deyib: "Əhali arasında hər 10 min nəfərdən minində dərman effekt göstərmirsə, ona effektsiz deyib, müayinə edə bilərik. Əgər əhali tərəfindən bizə şikayət daxil olsa, biz araşdırma apara bilərik. Dərmanın effektinin olmaması ilə onun saxlanma şəraitindən də çox asılıdır. Dərman vasitələtələri istifadə olunana qədər tədqiqat mərhələri keçirlər. Məhsul bazara çıxanda da tədqiqatlar davam etdirilir. Dərman bazara çıxana qədər minlərlə insan üzərində təcrübə keçilir. Dərman istifadə olunandan sonra isə əlavə təsirlər üzə çıxa bilər. Tibb işçiləri, xəstələr qarşılaşdıqları əlavə təsirlər barədə dərman şirkətləri və səhiyyə qurumlarına məlumat verə bilərlər”.