Logo

Damar sərtləşməsinin və infarktın qarşısını alır... - Bol-bol yeyin!

Damar sərtləşməsinin və infarktın qarşısını alır... - Bol-bol yeyin!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Tərkibində olan vitaminlər, minerallar və antioksidantlar sayəsində üzüm ürəkdən gözə qədər müxtəlif orqanlar üçün faydalıdır.

Sfera.az xəbər verir ki, üzüm sümük sınması riskini azaldır. Tərkibində olan K vitamini, kalium, kalsium və maqnezium sümüklərin sağlamlığı üçün vacib komponentlərdir. Həmçinin bu meyvə immuniteti gücləndirir. 1 stəkan üzümdə 4,8 mq c vitamini var. Üzüm bakteriyalar və viruslara qarşı da orqanizmi qoruyur.

Bu meyvə ürək fəaliyyətini stimullaşdırır.

2019-ci ildə “Nutrients” dərgisində yayımlanan araşdırma məqaləsinə görə üzüm damar sərtləşməsinin və infarktın qarşısını alır. O həmçinin qan təzyiqini normada saxlamağa kömək edir.

Tərkibində olan lütein və zeaksantin piqmentləri göz üçün faydalıdır. Bu piqmentlər görmə kontrastını və məsafəsini artırmağa kömək edir.

Ülkər Abdurahmanlı

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR