Boğaz ağrısını yumşaldan 6 tövsiyə

Boğaz ağrısını yumşaldan 6 tövsiyə

Qəfil soyuyan havalar xəstəlikləri də özü ilə gətirir. Xüsusən də, boğaz ağrısı və öskürək adamın lap zəhləsini tökür. Öskürək başladımı, dayanmaq bilmir. Yolda, küçədə, ictimai nəqliyyatda, işdə istəsək də, istəməsək də, öskürək və asqıraqlarımızla insanların diqqətini çəkirik. "Sağlam ol" duası isə nə öskürəyi kəsir, nə də ki, sağalmağa kömək edir... Bəs özümüzü xəstəliklərdən necə qoruya bilərik?
Sfera.az publika.az-a istinadən boğaz ağrısını azaldan bitkilərin siyahısını təqdim edir.

Bitki çayları: Adaçayı, zəncəfil, nanə kimi bitki çayları boğaz ağrısını yüngülləşdirir və quruyan boğazı yumşaldır. Bu çaylara bal əlavə etməklə, çayın təsirini gücləndirə bilərsiniz.
Siqaret: Boğazınız ağrıyarkən qətiyyən siqaret çəkməyin və siqaret çəkilən mühitdə olmayın. Oturduğunuz otağın havasını tez-tez dəyişin.

Cökə

Şübhəsiz ki, cökə "qrip" dedikdə ağlımıza ilk gələn bitkilərdən biridir. Aparılan araşdırmalar cökə ağacının tərkibindəki komponentlərdən bəzilərinin (flavonoid) iltihablara qarşı müdafiə etdiyini və ağrı kəsici təsir göstərdiyini sübut dib. Bəzi komponentlərin (müsilaj) isə boğazı yumşaldaraq soyuqdəymə şikayətlərini azaltdığı bildirilir.
 

Adaçayı

Soyuq qış günlərində ən çox şikayət edilən xəstəliklər, əsasən, ağız və boğaz iltihablarıdır. Adaçayı yarpaqlarının tərkibindəki uçucu komponentlər sayəsində ağız və boğaz iltihablarını (faringit, gingivit kimi) aradan qaldırmaq olar. Bişirilmədən, çay şəklində hazırlanan adaçayı qarqara edilir. Bu boğaz xəstəliklərindən qorunmağı asanlaşdırır.
 

Mixək

Hər bir mətbəxin baş tacı olan mixək ağız və boğaz infeksiyalarına qarşı möcüzəli təsiri ilə tanınır. Tərkibində olan uçucu xassəli öjenol sayəsində boğaz yanmasının qarşısını alan mixək bakteriya və virusların səbəb olduğu üçün ağız, boğaz infeksiyalarında antiseptik və ağrı yumşaldıcı kimi istifadə edilir. Aparılan araşdırmalar mixək yağının istifadə edildiyi antibiotiklərin təsirinin daha güclü olduğunu göstərib. Alimlər belə qənaətə gəliblər ki, mixək yağının uçucu xüsusiyyəti antibiotiklərin təsirini artırır. Mixəyin, xüsusilə, öjenol daşıyan Seylon darçını çubuğu ilə birlikdə çay kimi içilməsi, ya da çayının qarqara edilməsi təklif edilir.

İstiot

Dənəcik və toz növlərindən hazırlanan istiot çayını qarqara etdikdə boğaz infeksiyasının qarşısını almağa və yüngülləşdirməyə yardım edir. Aparılan araşdırmalar istiotun immunitet sistemini tənzimlədiyi, yanğı və spazmalara islahedici təsir göstərdiyini təsdiq edir.

Zəncəfil

Saysız-hesabsız faydaları olan zəncəfildən bir çox ölkədə müxtəlif məqsədlərlə istifadə edilir. Soyuqdəymə və öskürəyə qarşı təsirli olduğu sübut edilən bu bitki, həzm sistemi xəstəlikləri üçün də olduqca faydalıdır.

Ekinezya (koni çiçəyi)

Yuxarı tənəffüs yolu xəstəliklərinə qarşı təsirli olan digər bitki isə ekineziyadır. Aparılan klinik araşdırmalar bu bitkinin immunitet sistemini möhkəmləndirdiyini və bədəni soyuqdəyməyə qarşı qoruduğunu sübut edib. Bu tədqiqatlar nəticəsində əldə edilən məlumatlara görə, tərkibində ekinezya olan məhsulların soyuqdəymə nəticəsində güclənən viruslara öldürücü təsiri var. Ekinezya eyni zamanda virusların güclənməsi nəticəsində baş verən iltihabın (sitokinler) sonrakı fəsadlarına da nəzarət edir. Belə ki, boğaz və ağ ciyərlərdə yarana biləcək ağırlaşmaya mane olur.


OXŞAR XƏBƏRLƏR