NOS: Qəhvə beyni stresdən qoruyur


NOS: Qəhvə beyni stresdən qoruyur

Hollandiya, İspaniya, Fransa və digər ölkələrdən olan beynəlxalq alimlər qrupu qəhvənin tərkibindəki polifenolların xroniki stress zamanı beynin koqnitiv funksiyasını saxlamasına kömək etdiyini müəyyən ediblər.


Sfera.az xəbər verir ki, bu barədə tədqiqat "Neurobiology of Stress" (NOS) elmi jurnalında dərc olunub.


Qəhvə polifenolları xlorogen turşuları, flavonoidlər və lignanlar da daxil olmaqla antioksidan xüsusiyyətlərə malik bioaktiv birləşmələrdir. Bu birləşmələrin hüceyrələri oksidləşdirici stressdən qoruduğu və iltihabı azaltdığı bilinir, bu da ürək-damar xəstəlikləri və diabet kimi xroniki xəstəliklərin riskini azalda bilər.


Yeni araşdırmada komanda, xlorogen və kofeik turşuların xroniki stressin mənfi təsirlərini də yumşaltdığlnı aşkar edib. Tapıntılar gənc siçanlar üzərində aparılan təcrübəyə əsaslanıb.
 

Sınaqlar zamanı 47 heyvan dörd qrupa bölünüb. Onlardan ikisi adi taxıllarla, digər ikisi isə 42 gün ərzində 0,02% xlorogen turşusu və 0,02% kofein turşusu əlavə edilmiş pəhrizlə qidalanıb. Həmçinin, dörd qrupdan ikisi gündəlik stressə məruz qalıb, onları yumşaq yataq dəstlərindən məhrum ediblər.
 

Nəticələr göstərib ki, stresə məruz qalan siçanlar həyatın ilk günlərində daha az çəki alıblar. Bununla belə, polifenol tərkibli pəhriz qəbul edənlər bu dövrdə standart pəhrizdə olanlara nisbətən daha çox çəki qazanıblar. 42-ci günə qədər çəkidəki bu fərqlər yox olub.
 

Yetkinlik dövründə aparılan davranış testləri, erkən həyat stressinin idrak çatışmazlığına və hipokampusdakı mikroglial hüceyrələrin azalmasına səbəb olduğunu təsdiqləyib.
 

Ancaq bu, yalnız standart pəhrizlə qidalanan siçanlar üçün doğru idi. Polifenol əlavə edilmiş pəhriz ilə qidalanan siçanlar bu idrak çatışmazlığı və ya mikroglial hüceyrələrdə azalma yaşamayıblar.
 

Tədqiqatın müəllifləri hesab edirlər ki, qəhvə polifenolları beyindəki mikroglial hüceyrələrin sağ qalmasını dəstəkləyərək siçanları koqnitiv çatışmazlıqlardan qoruyub. Qoruyucu təsirlər həmçinin xlorogen və kofein turşularının antioksidant və antiinflamatuar xassələri ilə bağlı digər mexanizmlərlə bağlı ola bilər.

İnci
Sfera.az

 


OXŞAR XƏBƏRLƏR

"Trampın Panama kanalına iddiası Çini də narahat edir, çünki..." - ŞƏRH

Ərazi iddiaları yenə gündəmdədir. Bu dəfə müxtəlif dövlətlərə qarşı ərazi iddiasında rolunda çıxış edən Amerika Birləşmiş Ştatlarıdır. Belə ki, Donald Tramp fot...

Sumqayıtda qaz olmayacaq

Sumqayıt şəhərinin qaz təchizatının yaxşılaşdırılması məqsədilə görüləcək təmir-quraşdırma işləri ilə bağlı 27.12.2024-cü il tarixində saat 09:00-dan etibarən i...

Ağdamda tikilinin damında kişi meyiti tapıldı

Ağdam rayonunun Quzanlı qəsəbəsində tikilinin dam örtüyünün üzərindəki kişi meyiti aşkarlanıb.   Sfera.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar ...

"ABŞ Azərbaycana hər hansı yardım göstərməyə hazırdır" - Səfir

ABŞ səfiri Mark Libbi təyyarə qəzası ilə əlaqədar Azərbaycana qarşıdakı çətin günlərdə lazım ola biləcək hər hansı yardımı göstərməyə hazır olduqlarını bildirib...

"Neftçi" ilə Azərbaycan çempionu olmuş futbolçunun yeni klubu müəyyənləşdi

"Neftçi" ilə Azərbaycan çempionu olmuş albaniyalı futbolçu Bruno Teluşinin yeni klubu müəyyənləşib.   Sfera.az xəbər verir ki, 34 yaşlı yar...

14 yaralı vətəndaşımız Bakıya yola salındı - Fotolar

“Azərbaycan Hava Yolları”na məxsus təyyarənin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində yaralanan 1-i uşaq olmaqla, 14 zərərçəkən vətənd...