Bunu əsla etməyin...

Bunu əsla etməyin...
Həddindən artıq su içməsi səbəbindən onun orqanizmində hiponatriemiya baş qaldırıb ki, bu da 30% halda sırf ölümlə nəticələnir. 

London Kral Kollecindən olan Britaniya alimləri bildiriblər ki, xroniki xəstəliklər zamanı həddindən artıq su içmək insan üçün ziyandır və hətta ölümə yol aça bilər. Kollecin əməkdaşları Laura Li və Marienn Norya BMJ Case Reports nəşrinə bu barədə apardıqları araşdırmadan danışıblar. 

Məlum olub ki, həddindən artıq su içmək xroniki soyuqdəymə və sidik-cinsiyyət sistemi infeksiyaları zamanı pasientin səhhətinə çox mənfi təsir göstərir. Alimlər bu xəstəliklərin diaqnozu qoyulmuş yaşlı qadının xəstəlik tarixçəsini araşdırarkən bu qənaətə gəliblər. Qadınıın həkimin yazdıqlarına ciddi riayət etməsinə baxmayaraq, onun vəziyyəti daha da pisləşib. Qadın gəzintiyə çıxan zaman vəziyyəti ağırlaşıb və o, səndələməyə, davamlı olaraq qusmağa başlayıb. Gündə bu miqdardan çox su içmək ölümə aparır 

Qadın təkrar qanından analiz verib və məlum olub ki, onun qanında natriumun miqdarı aşağı düşüb. Həddindən artıq su içməsi səbəbindən onun orqanizmində hiponatriemiya baş qaldırıb ki, bu da 30% halda sırf ölümlə nəticələnir. 

Qadının dediyinə görə, əvvəllər onu müalicə edən həkimin məsləhəti ilə gün ərzində bir neçə litr su içirmiş ki, "orqanizmini infeksiyalardan təmizləsin". Başına gələnlərdən sonra qadına gün ərzində su içməyi 1 litrə qədər azaltmaq tövsiyə olunub. Bu zaman qadının vəziyyəti xeyli yaxşılaşıb. Bundan sonra tədqiqatları davam etdirən London Kral Kollecinin əməkdaşları analoji halla digər xəstələrin də üzləşdiyini dəqiqləşdiriblər. 

Tədqiqat müəllifləri qeyd ediblər ki, böyrək və sidik-ifrazat orqanları öz fəaliyyətlərini qəbul edilən mayenin miqdarına görə balanslaşdırırlar. Amma bir çox xəstəliklərdə onlar gərgin rejimdə işləyirlər və bu səbəbdən də onlara çox güc düşür. Nəticədə xəstənin vəziyyəti qəflətən pisləşir. Buna görə də, alimlər qeyd edirlər ki, orqanizmin tələb etdiyi qədər su içmək lazımdır. Özünü litrlərlə suyu içməyə məcbur etmək olmaz, çünki bu, insanı ölümə apara bilər.(sputnik)

OXŞAR XƏBƏRLƏR

Avtovağzaldan bu rayonlara reyslər təxirə salındı

Ölkə ərazisində müşahidə olunan qeyri-sabit hava şəraiti ilə əlaqədar, Bakı Beynəlxalq Avtovağzal Kompleksindən səfərə çıxan bəzi reyslər təxirə salınıb. &nb...

Bu məhsul 10 manat bahalaşdı

Paytaxt bazarlarında balığın qiyməti bahalaşıb.   Sfera.az Xəzər TV-yə istinadən bildirir ki, sazan və forel balığına tələbat daha çoxdur. Ümumi olar...

Bu yollarda sürət həddi endirildi

Yolların buz bağlaması səbəbindən sürücülərin təhlükəsizliyini təmin etmək məqsədilə paytaxtın bəzi yollarında sürət həddi əlavə 10/km saat endirilib.  ...

Samir Şərifov oğluna dəbdəbəli toy etdi: ANİ LORAK TOYDA OXUDU

Baş nazirin müavini Samir Şərifovun ailəsində xoş gün olub.   Sfera.az  Bizimmedia-ya istinadən xəbər verir ki, S. Şərifov oğluna toy ...

Polis gücləndirilmiş rejimdə çalışır - DİN

Mövcud hava şəraiti ilə əlaqədar olaraq polis əməkdaşları tərəfindən ölkə boyu şəhər və rayonlarda, həmçinin magistral yollarda gücləndirilmiş rejimdə xidmət gü...

Zelenski: Ukrayna ABŞ-dan güclü təhlükəsizlik zəmanəti istəyir

İnanıram ki, ABŞ Prezidenti Donald Tramp münaqişənin ədalətli həllinə çalışır. Ukrayna münaqişənin həllində tərəfdaşlarından, o cümlədən ABŞ-dan güclü təhlükəsi...