Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə BURAXILDI

Xalq yazıçısı Çingiz Abdullayev xəstəxanadan evə BURAXILDI
Kateqoriya məlum deyil
T

Aprelin 6-sı səhər saat 3 radələrində səhhətində yaranmış problemi ilə bağlı Mərkəzi Gömrük Hospitalına daxil olmuş Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin birinci katibi Çingiz Abdullayev bu gün evə buraxılıb.

 

Bu barədə Sfera.az-a hospitaldan məlumat verilib.

 

Qeyd olunub ki, Çingiz Abdullayevi Dövlət Gömrük Komitəsi Tibbi Xidmət İdarəsinin rəisi Ceyhun Məmmədov, Mərkəzi Gömrük Hospitalının rəisi-baş həkimi Bəxtiyar Musayev, rəis müavini Nabil Seyidov və Əməliyyatxana, Reanimasiya və İntensiv Terapiya şöbəsinin reanimatoloqları və tibb heyəti evə yola salıb.

Gallery image 1
Gallery image 2
Thumbnail 1
Thumbnail 2
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR