Quru saçlar kabusunuz olmasın – Evdə çarəsi

Quru saçlar kabusunuz olmasın – Evdə çarəsi

Yağlı saçları olanlar quru saçı olanların nələr çəkdiyini bilə bilməz. Cansız, mat, solğun görünən quru saçlar üstəlik sizin enerjinizi də soldurmuş olur. Xüsusilə qış aylarında dəridə rastlanan qabıqlanma, quruma problemi saçlarda da yaşanır.

Sfera.az lent.az-a istinadən bunun qarşısını almaq üçün evdə hazırlaya biləcəyiniz təbii formullar təqdim edir.

Zeytun yağı
 
İsidilmiş zeytun yağını baş dərinizə və saç tellərinizə sürtərək bir neçə dəqiqə yavaş-yavaş masaj edin. Ardından ilıq bir dəsmalla saçlarınızı sarıyın. Ən az 30 dəqiqə saçlarınızı belə saxlayın. Gecə yatmadan da bunu edib səhərə kimi saçlarınızı belə saxlaya bilərsiniz.
Səhər oyandığınızda saçlarınızı şampunla yuyun.
 
İsti yağ
 
Bu üsul uzun illərdir istifadə edilir.
Əgər isti yağla saçlarınızı və dibini ovxalasanız, baş dərinizdə qan dövranı yaxşılaşacaq. Bundan başqa yağ saçınızı kökündən ucuna kimi qidalandıraraq, canlanmasını təmin edəcək.
 
Avokado maskası
 
Ərzaqlar:
 
1 ədəd əzilmiş avokado
1 yumurta ağı
1 yemək qaşığı duru yağ (zeytun, hindqozu, qərənfil və s. yağlardan biri)
 
Hazırlanması:
 
1 ədəd avokadonu yaxşıca əzin və püre halına gətirin. İçinə yumurta ağını əlavə edin. Əgər istərsəniz, yağ və qatıq da istifadə edə bilərsiniz. Bunları qarışdırıb krem halına gətirin. Bütün saçınıza çəkib 30 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyun.


OXŞAR XƏBƏRLƏR

Ötən ay Şəmkirdə su anbarında batan 20 yaşlı qızın meyiti tapıldı

Ötən ay Şəmkirçay su anbarında batan 20 yaşlı qızın meyiti tapılıb.   Sfera.az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin dalğıc-xilasedicilə...

İzmirdə güclü meşə yanğınları: 42 mindən çox insan təxliyə edildi

Türkiyənin İzmir vilayətində geniş meşə yanğınları yaşayış yerlərinə qədər yayılıb.   Sfera.az xəbər verir ki, 42 mindən çox sakin təxliyə edili...

Azərbaycanda müəllim öz şagirdi olan qızı qaçırdı

Yardımlıda yeniyetmə qız qaçırılıb.   Sfera.az Unikal-a istinadən xəbər verir ki, rayonda repetitorluq fəaliyyəti ilə məşğul olan müəllim öz şagirdi ...

İkinci əl Çin avtomobili alarkən bu nüanslara diqqət edilməlidir – VİDEO

  Son 3-4 ildə Çindən ölkəmizə idxal olunan avtomobillərin sayı sürətlə artıb. İndi isə həmin nəqliyyat vasitələrinin bir qismi artıq ikinci əl bazarda ...

Yumoru güclü olan millətlər bəlli oldu - ADLAR

30 ölkədən 6000 nəfərin iştirak etdiyi beynəlxalq araşdırma çexlərin dünyada ən inkişaf etmiş yumor duyğusuna sahib olduğunu müəyyən edib.    Sf...

Narsist xüsusiyyətləri ilə seçilən 4 BÜRC - Özünü hər kəsdən üstün sayır

Bəzi bürclər xarakterlərinə görə özlərinə heyran olmaqla yanaşı, daim diqqət mərkəzində olmağı sevirlər. Onların bu xüsusiyyəti bəzən narsizm kimi qəbul edilir....