Logo

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

Mətbəxinizdə olan meyvə və tərəvəzləri uzun müddət saxlamaq istəyirsinizsə, onları düzgün qorumalısınız. Aile.lent.az meyvə-tərəvəzlərin ömrünü uzatmağın bir neçə yolu ilə sizi tanış edir.

Kəsərək saxlamayın

Meyvə və tərəvəzləri istifadə etdiyiniz zaman kəsin. Əks təqdirdə daha tez xarab olacaq.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

Göyərtiləri suya qoyun

Güllər və çiçəklər kimi təzə göyərtiləri uzun müddət istifadə etmək üçün suyla dolu bir qaba qoyun. Su onlar üçün həyat deməkdir.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

Soğanları kapron corabın içində saxlayın

Soğanları uyğun şərtlər altında saxlasanız, 8 aya qədər istifadə edə bilərsiniz. Soğanları kapron corabın içinə qoyub ağzını bağlayın. Bu formada sığdıra biləcəyiniz qədər soğanı xarab olmadan saxlaya bilərsiniz.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

Kartofları almalarla saxlayın

Kartofların daha uzun müddət təzə qalmasını istəyirsinizsə, almalarla birlikdə mühafizə edin. Onları kapron corablara qoyduğunuz soğanlardan uzaq saxlayın. Soğan kartofun korlanmasına səbəb olur.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

Artıq qalan salatı kağız salfetin üzərinə qoyun

Artıq qalan salat üçün nəm ən böyük düşməndir. Nəmi minimuma endirmək üçün doğranmış salatın altına kağız salfet sərin və qabı streç sellofanla bağlayın. Lakin bu halda salatın içərisində pomidor kimi sulu tərəvəzlər olmamalıdır.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

Göbələyi kağız qutuya qoyun

Göbələyi mühafizə edərkən nəmin içinə hopmasına mane olun. Şüşə və ya plastik qablar nəmin içinə hopmasına səbəb olur. Bunun üçün ən uyğun saxlama üsulu kağız qutudur.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

Soyuducunu doldurmayın

Soyuducunu ağzınadək doldurmaq hava sirkulyasiyasına mane olur. Bu da qidaların tez xarab olmasına gətirib çıxarır.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

Çürüyən meyvələri atın

Çürük bir meyvə bütün meyvələri xarab edə bilər. Çürümə ehtimalı olan meyvələri həmin an digərlərindən ayırın.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

İsti və dumandan uzaq saxlayın

İsti və duman olan yerdə təzə qidaları saxlamayın. İsti və duman çürümə müddətini tezləşdirir. Buna görə də təzə meyvə və tərəvəzləri ocaqdan və sobadan uzaqda, soyuq bir mühitdə saxlayın.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

Soyuducunu təmizləyin

Təmiz soyuducu təmiz qidalar deməkdir və təmiz qidalar daha uzun müddət təzə qalır.

Soğanı kapron corabın içində saxlasanız... - GÖRÜN NƏ OLAR!

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR