İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

İnsan ömrünü uzadan ərzaqlar AÇIQLANDI

"Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, son 10 ildə ürək-damar xəstəlikləri səbəbindən ölüm halları birinci yerdədir. Xəstəliyin səbəblərindən biri beyin damarlarının, ürəyin tac arteriyalarının, böyrək damarlarının aterosklerotik zədələnməsidir. Bu, düzgün olmayan qidalanma, qeyd olunan orqanların damarlarının divarlarında yığılmış yağların tərkibindəki "pis" serum xolesterinin həddindən artıq qəbulu ilə bağlıdır".

 

Sfera.az oxu.az-a istinadən xəbər verir ki, bu barədə Rusiyanın Dövlət Təhsil Universitetinin fiziologiya, insan ekologiyası və biotibbi biliklər kafedrasının dosenti Aleksandr Sozıkin məlumat verib.

 

Onun sözlərinə görə, xolestrol səviyyəsini azaldan ən yaxşı vasitə hər gün qoz-fındıq istehlak etməkdir.

 

"Daimi və uzunmüddətli (bir ildən iki ilədək) gündəlik qoz-fındıq istehlakı qanda xolesterinin səviyyəsinin azalmasına səbəb olur. Birincisi, qoz-fındıqda olan qida lifi bağırsaqların "pis" yağları mənimsəməsinin, udulmasının qarşısını alır. İkincisi, beyinə toxluq hissi ötürür, həddindən artıq yeməyin qarşısını alır. Bundan əlavə, "yaxşı" yağlar və "Omeqa-3" yağ turşuları "yaxşı" xolesterinin səviyyəsini artırır", - deyə mütəxəssis bildirib.

 

O, bu nəticənin bütün növ çərəzlər üçün keçərli olduğunu bildirib:

 

"Bazarda mövcud olan bütün çərəzlər (qoz, fındıq, keşyu, pekan, Braziliya qozu və sairə) düzgün və rasional qidalanma ilə xolesterolu azaltmağa kömək edir. Ancaq onları az miqdarda və müntəzəm olaraq yemək lazımdır".

 

Mütəxəssis donuz əti, yağ, yumurta sarısı və südün məhdudlaşdırılmasının, həmçinin balıq, zeytun yağı, qoz-fındıqdan sağlam yağların müntəzəm istehlakının xolesterol səviyyəsini azaltmağa kömək etdiyini vurğulayıb.


OXŞAR XƏBƏRLƏR

Beyons konsert çıxışı zamanı qadağan olunmuş jest etdi

43 yaşlı amerikalı müğənni Beyons Texas-Ravensdə Milad ərəfəsində çıxış edib. Çıxışı zamanı o barmaqları ilə NFL-də qadağan edilən tapança jesti edib. Sfer...

ABŞ-ın bu şəhərində bir qanun sayəsində cinayət nisbəti demək olar ki, tamamilə sıfıra enib

Amerikanın Corciya ştatında yerləşən Kennesaw şəhərinin sakinləri silahlarla bağlı özünəməxsus qanunvericiliyə malikdirlər. Sfera.az bildirir ki, bu qanun bü...

Baqajdan tapılan qorilla balası müsadirə edildi - VİDEO

İstanbul hava limanında qəribə qaçaqmal aşkarlanıb. Gömrük işçisi yükə baxış keçirən zaman mayka geyinmiş qorilla balası aşkar edib. Körpə hava üçün deşikləri o...

Səmada 88 bürcün şəkilləri dərc edilib - FOTO

Milli Optik və İnfraqırmızı Astronomiya Rəsədxanası NOIRLab Beynəlxalq Astronomiya İttifaqı tərəfindən tanınan bütün 88 bürcün şəkillərini dərc edib.   ...

Gizli xərçəngin üç əsas əlaməti açıqlanıb

İlkin mərhələdə bağırsaq xərçəngi praktiki olaraq heç bir simptom olmadan baş verir. Sfera.az xəbər verir ki, bunu onkoloq cərrah Elena Smirnova deyib. Hək...

Direktor müavini: Yaralılarından biri reanimasiyaya yerləşdirilib

Qazaxıstanın Mangistau regional xəstəxanasından Bakıdakı Yeni Klinikaya gətirilmiş 14 yaralıdan biri reanimasiyaya yerləşdirilib.   Sfera.az xəbər ve...