Ayaqları "beldən" üzən cins şalvarlar

Ayaqları

Gözəl və zəif görünmə arzusu təəssüf ki, bəzən sağlamlıq problemlərinə gətirib çıxarır. Sfera.az atv.az-a istinadən bildirir ki, mütəxəssislər aşağı belli və dar geyimlərin qasıq bölgəsində ciddi problemlər yaratdığını deyirlər. Belə ki, aşağı bel və dar şalvarlar qasıq bölgəsində sinir gərginləşməsinə səbəb olur. Bunun nəticəsində isə ayaqlarda hiss itkisi yaşanır.

Dəbi təqib etmək uğrunda əzab çəkən insanlar bud bölgəsində "meralgiaparesthetica" adı verilən sinir gərginləşməsi yaşayır. Bunun nəticəsində də ayaqların hiss etmə imkanı məhdudlaşır.

Ayaqlarını bir-birinin üstünə atan, dar şalvar geyinən insanlarda və şəkər xəstələrində "meraljiaparestetika" problemi müşahidə edilir. Ayaqlarda keylik, yanma və ağrı kimi əlamətlərlə özünü göstərir.

"Meraljiparestetika" beldən aşağı, qasığa doğru enən sinirin möhkəm şalvar, kəmər və ya korset ilə sıxışması nəticəsində yarana bilər. Bu sinir gərginləşməsi bud bölgəsində keyimə yaradır.

Dar geyimlər bədəndə qan dövranını pozur. Təbii ki, bunu bütün dar şalvar geyinənlərə şamil etmək olmaz. Bu, insanın əzələ quruluşu, toxuması və sinirlərin keçdiyi kanalın darlığına əsasən dəyişə bilər.


OXŞAR XƏBƏRLƏR

NATO nüvə müharibəsi ehtimalını şərh etdi

Şimali Atlantika Alyansı Rusiyanın nüvə sahəsində Qərb dövlətlərinin reaksiyasını tələb edən hər hansı hərəkəti görmür.    Sfera.az xəbər verir ...

Göygöldə iki gənc bıçaqlandı

Göygöldə bıçaqlanma hadisəsi baş verib.   Sfera.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Yeni Qızılca kəndində qeydə alınıb.   İ...

Dünyanın ən dəbdəbəli hava limanı boş qalıb: Gündə 7 sərnişin qəbul edə bilir

Şri Lankada hədsiz ambisiyaların bir növ abidəsinə çevrilmiş nəhəng beynəlxalq hava limanı var. 2013-cü ildə demək olar ki, 210 milyon dollara açılan hava liman...

Müəllimlərə vahid geyim forması məcburidirmi? - AÇIQLAMA

"Orta məktəblərdə müəllimlərin vahid geyim forması ilə çıxış etməsi uzun müddətdir müzakirə olunan bir məsələdir. Bu yanaşmanın tətbiqi həm təhsilin keyfiy...

BMT Trampa qarşı sui-qəsd cəhdinə münasibət bildirdi

“BMT siyasi zorakılığın istənilən formasını pisləyir”.   Sfera.az xəbər verir ki, bu barədə jurnalistlərə təşkilatın baş katibinin r...

Bakıda iki qardaş əlbir olub görün nələr etdi – Cinayətin DETALLARI VİDEO

Paytaxtın Səbail rayonunda avtomobillərdən silsilə oğurluqlar edilib.   Daxili İşlər Nazirliyindən Sfera.az-a bildirilib ki, naməlum şəxslər gecə saa...