65 və daha yuxarı yaşlı şəxslərə XƏBƏRDARLIQ - "Bunu mütləq edin!"

65 və daha yuxarı yaşlı şəxslərə XƏBƏRDARLIQ -

ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) mütəxəssisləri yaz mövsümündə 65 yaş və daha yuxarı insanların COVID-19-a qarşı revaksinasiya edilməsini tövsiyə ediblər. 

 

Sfera.az xəbər verir ki, bu barədə "Phys.org" saytı məlumat yayıb.

 

Səhiyyə sistemi fövqəladə halın sona çatmasına baxmayaraq, koronavirus infeksiyası ilə əlaqəli risklərin qaldığını və bəzi insan qruplarında, məsələn, yaşlılarda, yetkinlərdə digərlərinə nisbətən infeksiyanın ağır hal almasının daha yüksək olduğunu bildirib. Mütəxəssislər deyirlər ki, peyvənd ağır COVID-19 ilə xəstəxanaya yerləşdirilmə ehtimalını 54 faiz azaldır.

 

2024-cü ilin yanvar ayında bütün yaşlar üçün COVID-19-dan orta ölüm nisbəti hər 100 000 nəfərə 3-dən bir qədər az olub. Ancaq 65-74 yaş arası insanlar üçün bu nisbət daha yüksək olub, hər 100 000-də təxminən beş nəfər. 75 və daha yuxarı yaşlı insanlar arasında isə bu nisbət 100 000-ə demək olar ki, 30-a yüksəlib.

 

Pandemiyadan dörd il keçməsinə baxmayaraq, 65 və daha yuxarı yaşda olan insanların COVID-19 səbəbilə əhalinin qalan hissəsinə nisbətən iki dəfə daha artıq risk altında olduğu vurğulanıb.

 

Məlum olub ki, hətta yüngül və orta dərəcəli COVID-19 infeksiyası 7 illik beyin yaşlanmasına bənzər dəyişikliklərlə idrak funksiyasına mənfi təsir göstərə bilər. İmmun çatışmazlığı insanları daha yüksək infeksiya və ağır infeksiya riski altında qoyur.

 

İnci 

 


OXŞAR XƏBƏRLƏR

Karlo Ançelottinin Braziliya millisindəki maaşı bəlli olub

Ötən gün Braziliya millisinə baş məşqçi təyin olunan Karlo Ançelottinin maaşı bəlli olub.   Sfera.az xəbər verir ki, italiyalı mütəxəssisin illi...

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb - CANLI

"Avroviziya - 2025" mahnı müsabiqəsi başlayıb.   Sfera.az xəbər verir ki, müsabiqə İsveçrənin Bazel şəhərində keçirilir.   Bu gü...

Nazirlikdən əhaliyə ŞAD XƏBƏR - Pulsuz evlər veriləcək

Şəhid ailələrinə və müharibə ilə əlaqədar əlilliyi olan, habelə uçota alınma tarixindən asılı olmayaraq, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar əlilliyi müə...

Meqan Marklın qardaşı da onun yalanını açdı - FOTO

Meqan Markl və ailə üzvləri ilə münasibətləri mediada dəfələrlə müzakirə mövzusu olub. Şahzadə Harrinin həyat yoldaşı atası və ögey bacısı ilə ünsiyyət qurmur. ...

Pensiyalarla bağlı əhalini SEVİNDİRƏCƏK XƏBƏR

“Pensiya yaşına çatmış ər-arvad öz pensiyasından imtina edərək həyat yoldaşının pensiyasını ala bilər. Və yaxud ər-arvad orqanizmin funksiyalarının 61-80 ...

Peskov: Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq

Rusiya nümayəndə heyəti mayın 15-də İstanbulda olacaq və orada Ukrayna tərəfini gözləyəcək.   Sfera.az xəbər verir ki, bu barədə Rusiya Preziden...