Bu şəkildə idman etmək dərinizə zərər vuracaq - ARAŞDIRMA

Bu şəkildə idman etmək dərinizə zərər vuracaq - ARAŞDIRMA

Üzdə tonal kremlə idman etmək dərinin sağlam qalmasında mühüm rol oynayan sebumun ifrazına mane olur.

 

Sfera.az xarici KİV-ə istinadən xəbər verir ki, San Antoniodakı Texas A&M Universitetinin əməkdaşı Sukho Li və həmkarları 20 kişi və 23 qadın olmaqla 43 kollec tələbəsi üzərində araşdırma aparıblar.

 

İştirakçılar əvvəlcə üzlərini təmizləyici vasitə ilə yuyublar. Tədqiqatçılar dərilərdə ölçmələr aparıblar. Sonra bütün iştirakçıların üzlərinə bir qat tonal krem çəkilib. Onlar qaçış zolağında 5 dəqiqə ərzində 3 km/saat, 10 dəqiqə 4 km/saat və 5 dəqiqə ərzində 5 km/saat sürətlə qaçmaqla 20 dəqiqəlik idman ediblər.

 

Məşqdən sonra tədqiqatçılar yenidən ölçümü təkrarlayıblar və makiyajsız bölgələrlə müqayisədə tonal kremin tətbiq olunduğu yerlərdə sebumun azaldığını aşkar ediblər. Nəticələr göstərib ki, üzdə tonal kremlə idaman etmək dəri yağını azaldaraq quruluğa səbəb olur. Bundan əlavə, makiyaj məsamələri bağlaya bilər. 

 

Koreya Milli Təhsil Universitetinin müəllifi Donqsun Park deyib ki, idman etməzdən əvvəl dərini makiyajdan təmizləmək lazımdır.

 

Firuzə Əliyeva
 


OXŞAR XƏBƏRLƏR

Sirri açılmayan 5 itkin faktı: “Yeni Bermud üçbucağında" nələr baş verir?

Benninqton üçbucağı yerli sakinlər və tədqiqatçılar arasında narahatlıq yaratmağa davam edir. Sfera.az bildirir ki, Vermontda (ABŞ) "Benninqton üçbuca...

Ember Herdin əkizlərinin atası İlon Maskdır? - FOTO

Xəbər verdiyimiz kimi, Conni Deppin keçmiş həyat yoldaşı ana olduğunu açıqlayıb. Lakin o, əkizlərin atası haqqında heç nə deməyib.   Sfera.az bildirir ...

Argentinada 83 qutu nasist materialı tapıldı - FOTOLAR

Argentina Ali Məhkəməsinin zirzəmisində 83 qutu nasist materialı tapılıb. Onların məqsədi II Dünya Müharibəsi zamanı Argentinada Adolf Hitlerin ideologiyasını y...

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...