45 yaşdan yuxarı hər kişiyə bu dərman tövsiyə edilir

45 yaşdan yuxarı hər kişiyə bu dərman tövsiyə edilir

Aspirinin əsas vəzifəsi ağrıları azaltmaq və hərarəti salmaqdır. Bəzi insanlar mütəmadi olaraq bu dərmandan istifadə edir.

 

Sfera.az xəbər verir ki, aspirinin əsas tərkibi olan salisil turşusu söyüd ağacının qabığından əldə edilir. Bu vasitə uzun illərdir qızdırmanı aşağı salmaq və ağrını kəsmək məqsədilə istifadə olunub. Tarix boyunca bir çox həkim söyüd qabığı ekstraktını müxtəlif xəstəliklərin müalicəsində uğurla istifadə edib.

 

Aspirin 20-ci əsrin ən önəmli 10 icadı siyahısında yer alır. Son illərdə aparılan elmi araşdırmalar göstərir ki, 45 yaşdan yuxarı hər kişiyə və 50 yaşdan yuxarı hər qadına aspirin dərmanı tövsiyə edilir. Çünki bu dərman qanda laxtalanmanın qarşısını alır və infarkt olma riskini azaldır.

 

Lakin ürək xəstəliyi olmayan, sağlam insanlar aspirin istifadə etməməlidir. Həmçinin aspirin xərçəngin bir neçə növünə tutulma riskini də aşağı salır. Aspirin istifadə etməzdən əvvəl mədə-bağırsaq traktatında heç bir problem olmadığından əmin olmaq və həkimlə məsləhətləşmək lazımdır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR