Qozun insan orqanizminə FAYDALARI - Dəriyə parlaqlıq verir, qırışların...

Qozun insan orqanizminə FAYDALARI - Dəriyə parlaqlıq verir, qırışların...

Qozun tərkibi liflər, vitaminlər, minerallar və sağlam yağlarla zəngin olduğu üçün super qida olaraq təyin edilib.

 

Sfera.az xəbər verir ki, tərkibi bu vitaminlərlə zəngin olan qozun faydası çoxdur.

 

Tərkibində təxminən 90 qida maddəsi olan qoz müntəzəm olaraq istehlak edildikdə, immunitet sistemini gücləndirir, dəriyə parlaqlıq verir və qırışların yaranmasının qarşısını alır. Həmçinin qoz, qandakı melatonin səviyyəsini artıraraq yuxu rejiminə kömək edir. Tərkibindəki melatonin və polifenol birləşmələri sayəsində yüksək antioksidant təsirə malikdir.

 

Araşdırmalar göstərib ki, qozun müntəzəm istehlakı yeməkdən sonra meydana gələn pis xolesterin olaraq təyin olunan LDL-nin oksidləşdirici zərərinin qarşısını alır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR