"Üz iflici, nəfəs ala bilməmə və hətta ölümlə..." - Həkimdən botoksla bağlı XƏBƏRDARLIQ

Son zamanlarda İran botoksu ilə bağlı təhlükə halları aşkarlanıb. 

 

Sfera.az xəbər verir ki, bu barədə “Ntv Haber” məlumat yayıb. Prof.Dr. Zekai Kutlubay bildirib ki, bu botoksa Səhiyyə Nazirliyi tərəfindən icazə verilmir və Türkiyəyə qeyri-qanuni yollarla gətirilir.

 

“İran botoksu etdirənlər allergiya, üz iflici, nəfəs ala bilməmə və hətta ölüm kimi nəticələrlə üzləşə bilir. Bunun içərisində hansı maddənin olduğu bilinmir. İnsanlar ucuz olduğu üçün İran botoksuna üstünlük verirlər. Mövcud olan botokslara nisbətən çox ucuzdur”.

 

Mütəxəssis qeyd edib ki, bu botoks bədəndə allergiya və şişkinlik yaradır, xəstənin əzələlərini zədələyir.

 

“Bu da özlüyündə xəstənin hərəkət etməsinə mane olur. İnsanları iflic etmə riski çox yüksəkdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR