Əhliman Əmiraslanov: "Bədxassəli şişlərin 35-40 %-i keyfiyyətsiz qidalanma ilə bağlıdır"

Əhliman Əmiraslanov:

Bədxassəli şişlərin yaranmasının 35-40 %-i məhz düzgün olmayan və keyfiyyətsiz qidalanma ilə bağlıdır.

 

Sfera.az xəbər verir ki, bunu Milli Məclisin Səhiyyə komitəsinin sədri Əhliman Əmiraslanov deyib.

 

O bildirib ki, düzgün qidalanma bir çox xəstəliklərin qarşısını alır.

 

Komitə sədrinin sözlərinə görə, əhali arasında yayılan bir sıra xəstəliklərin əmələ gəlməsində qidalanma faktorunun xüsusi rolu var: “Xərçəng xəstəliyinin də əmələ gəlməsində əsas faktor kimi qidalanma mühüm yer tutur”.


OXŞAR XƏBƏRLƏR