Bananın insan orqanizminə FAYDALARI - \"Enerji verməklə yanaşı...\"

Bananın insan orqanizminə FAYDALARI - \

Dünyada buğda, düyü və qarğıdalıdan sonra ən çox yeyilən qida banandır. Bu meyvə insan orqanizmi üçün faydalı olan qida maddələri ilə zəngindir.

 

Bəs mütəmadi olaraq banan yeməyin faydaları nədir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, tərkibində C, B6 vitamini, fol turşusu, kalium+maqnezium kimi minerallarla zəngin olan bu meyvə enerji verməklə yanaşı, orqanizmin sağlamlığını dəstəkləyir.

 

“Bundan əlavə, banan həzm sistemini nizamlayır, qəbizliyi aradan qaldırır və toxluq hissi yaradır. Həmçinin banan mədədə zərərli bakteriyaların əmələ gəlməsinə mane olur. Qlisemik indeksi aşağı olan banan qanda şəkərin səviyyəsinin qəfildən yüksəlməsinin və yaxud aşağı düşməsinin qarşısını alır. Onun tərkibindəki antioksidantlar sərbəst radikallarla savaşaraq damarların sağlamlığını qoruyur".

 

Mütəxəssis qeyd edib ki, banan həmçinin stressin azaldılmasında böyük rol oynayır.

 

“Tərkibində kalsium və digər qida maddələri vasitəsilə qan təzyiqinin stabil qalmasını təmin edir. Qeyd edə bilərəm ki, banan yemək xərçəng xəstəliyinə tutulma riskini azaldır. B6 vitamini immun sistemini və hüceyrə miqyasında metabolizmanı qoruyur. Beləcə xərçəng olma ehtimalını azaldır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR