Psixoloji xəstəliklərin sayı niyə artır? – \"Problemin kökü...\" + AÇIQLAMA

Psixoloji xəstəliklərin sayı niyə artır? – \

Azərbaycanda psixi-sağlamlıqla bağlı həkimə müraciət edənlərin sayı ildən-ilə artmaqdadır.

 

Bəs bu problemlərin artmasında rol oynayan vacib amillər hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan psixoloq Sevinc Həbibova bildirib ki, psixoloji xəstəliklərin yaranma səbəblərinin başlıca amili valideyn diqqətsizliyidir.

 

“Bu problemlərin kökü uşaqlıq travmaları ilə əlaqəlidir. Uşaqlıqda valideylərindən yetərincə sevgi, qayğı görə bilməyənlər diqqət çəkmək üçün qeyri-adi davranışlar sərgiləyirlər. Lakin bu qeyri-adi davranışlar da valideynin diqqətini çəkməyəndə, uşaq gələcəkdə problemli fərd olur. Diqqət çəkmək üçün etdiyi qeyri-adi, etik olmayan davranışlar onun üçün vərdiş halına çevrilir. Belə şəxslər cəmiyyət arasında da tezliklə seçilirlər. Hər xırda nüansa aqressiv reaksiya göstərir və problemi danışaraq həll etməyə meyilli olmurlar. Uşaqlıq dövründə valideynləri tərəfindən dinlənilməyən uşaqlar gələcəkdə özlərini cəmiyyətə lazımsız bir fərd kimi hesab edirlər".

 

Psixoloq qeyd edib ki, problemin kökü valideynlərin diqqətsizliyindən və məsuliyyətsizliyindən başlayır.

 

 

“Çünki cəmiyyətdə fərdləri tərbiyə etmək valideynin borcudur. Uşaqlara etdiyi səhvlərə görə qışqırmaq və ağır cəzalar tətbiq etmək yerinə, səhvin nə olduğunu izah etmək lazımdır”.

 

Ülkər Abdurahmanlı

 


OXŞAR XƏBƏRLƏR

Biznes klassda üç yaşlı uşağa bir qədəh şərab verildi: Aviaşirkət qalmaqalın mərkəzində

Aprelin 24-də “Cathay Pacific” reysinin göyərtəsində azyaşlı sərnişinə spirtli içki verilməsi ilə bağlı insident baş verib. Uşaq stəkanın içində su ...

Cennifer Enistonun 2 il ardıcıl təqib edən adamın məhkəməsi başladı - FOTO

Bu həftə Hollivud aktrisası Cennifer Enistonun evinin darvazalarına avtomobili ilə çırpılan Missisipi ştatından olan 48 yaşlı Cimmi Ueyn Karvil mühakimə olunaca...

Məşhur batmış yaxtanı qaldırmağa çalışan dalğıc öldü

2024-cü ilin avqustunda Siciliya yaxınlığında fırtına zamanı “Bayesian” super yaxtası batıb. Milyarder Mayk Linçin özü də daxil olmaqla 7 nəfər ölmü...

Prezidentdən Heydər Əliyevlə bağlı paylaşım - FOTO

Prezident İlham Əliyev Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü ilə əlaqədar sosial media hesablarında paylaşım edib.   Sfera....

Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür

Bu gün Azərbaycanın Ümummilli Lideri Heydər Əliyevin doğum günüdür.   Sfera.az xəbər verir ki, Heydər Əliyevin anadan olmasının 102-ci ildönümüdür. ...

Olimpiya məşəli bu tarixdə alovlandırılacaq

2026-cı il Qış Olimpiya Oyunlarının məşəli 2025-ci il noyabrın 26-da Yunanıstanın qədim Olimpiya şəhərində alovlandırılacaq.   Sfera.az xəbər ve...