\"Xəstəlik uşaqlara daha çox bağçalarda yoluxur\" - \"Rotavirus\"dan necə qorunmaq olar?

Son vaxtlar uşaqlar arasında qusma və ishal kimi simptomları olan virus yayılıb.
Sfera.az xəbər verir ki, bu barədə Britaniya alimləri araşdırma ediblər. Tədqiqatların nəticəsində bu virusun rotavirus olduğu müəyyən edilib.
“Rotavirus, Reoviridae ailəsinə aid ikiqat zəncirli RNT virusları cinsidir. Rotaviruslar körpələr və uşaqlar arasında ishal xəstəliyinin ən çox yayılmış versiyasıdır. Dünyada demək olar ki, hər uşaq beş yaşına qədər ən azı bir dəfə rotavirusa yoluxur.”
Alimlər bildiriblər ki, xəstəlik uşaqlara daha çox bağçalarda yoluxur.
“Onun əsas simptomları qızdırma və qusma ilə başlayır, ardınca, adətən, 48 saatdan az davam edən inkubasiya dövrü olur. İshal 5-7 gün davam edə bilər. İmmuniteti zəif olan xəstələrdə xəstəlik daha uzun və daha ağrılı keçir. Rotavirusdan xilas olmaq üçün uşaqlara zamanında peyvənd vurulmalıdır”.
Ülkər Abdurahmanlı