İçdiyimiz bu çaylar xərçəng yaradır - Mütəxəssisdən XƏBƏRDARLIQ!

İçdiyimiz bu çaylar xərçəng yaradır - Mütəxəssisdən XƏBƏRDARLIQ!

İnsanların əksəriyyəti atıq çəkilərdən xilas olmaq üçün arıqlama çaylarından və dietik qidalardan istifadə edirlər.

 

Bəs bu qidaların zərərləri varmı?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Hərəkatının rəhbəri Məhsəti Hüseynova bildirib ki, arıqlama məhsulları biznes maraqları çərçivəsində hazırlanır və satılır.

 

“Satış zamanı istehlakçıları aldatmaq üçün bu məhsulların bitki mənşəli olduğu vurğulanır. Bu isə həmin çayların tamamilə zərərsiz oluğu anlamına gəlmir. Hər bir bitkinin müalicəvi xüsusiyyəti ilə yanaşı yan təsirləri var. Bitki mənşəli arıqlama çayları orqanizmdə maddələr mübadiləsini pozur. Bu zaman ishal və qusma halları müşahidə edilir. Bu da orqanizmdən vitamin və mineralların yuyulub getməsinə səbəb olur və bu zaman bağırsaq mikroflorası pozulur. Bu məhsullarınn kor-koranə, dietoloq məsləhəti olmadan qəbul edilməsi daha böyük fəsadlar yaradır. Saçların tökülməsi, dırnaqların qırılması, dəridə səpgilərin yaranması və daxili orqanlarının funksiyasının pozulması arıqlama məhsullarının yaratdığı fəsadlardır”.

 

Mütəxəssis bildirib ki, dietik məhsullar, hətta gənc xanımların ana olma şansını azaldır.

 

“Daxili orqanların funksiyalarının pozulması xərçəng və diabet xəstəliyinin yaranmasına səbəb olur. Bu məhsullar, əsasən, reklam vasitəsilə satılır. Lakin onların mənşəyi və harada istehsal olunduğu qeyd edilmir. Bu zaman insanların həmin məhsulların fəsadları ilə bağlı hara müraciət edəcəklərini bilmirlər. Hətta bu məhsulları satan firmalar tanınmış simalardan istifadə edərək öz məhsullarını reklam edirlər. Sağlam şəkildə arıqlamaq istəyənlər dietik məhsullardan və arıqlama çaylarından istifadə etməməlidirlər. Sağlam qidalanıb həyat tərzini dəyişərək artıq çəkidən xilas olmaq olur. Digər vasitələr insan orqanizminə süni müdaxilələrdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Qızılın qiymətində durğunluq - Almaq üçün əla fürsət

Qızıl bazarında nadir müşahidə olunan hal yaşanır. Bazarda qiymətlər ötən ayla müqayisədə aşağı düşüb.   Sfera.az Xəzər TV-yə istinadla xəbər ve...

Həlak olan fələstinlilərin sayı 57,8 minə çatıb

İsrail zərbələri nəticəsində Qəzza zolağında ölənlərin sayı son 24 saat ərzində 59 nəfərə çatıb, 208 vətəndaş yaralanma ilə xəstəxanaya yerləşdirilib.  ...

Acunun 22 milyon borcu var

Acun İlıcalının İngiltərədə 22 milyon funt sterlinq borca girdiyi bildirilib.   Sfera.az xəbər verir ki, tanınmış media maqnatının sahibi olduğu &quo...

Türkiyədə kağız fabrikində 50-yə yaxın işçi zəhərləndi

Türkiyənin qərbindəki Aydın vilayətində kağız fabrikinin 50-yə yaxın işçisi qidadan zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilib.   Sfera.az ...

Xalq artistinin oğlu: "Həkim səhlənkarlığı ucbatından atamı itirdim"

"Azdrama"ya getmirəm. Elə bil ayağım getmir. "Azdrama" deyəndə teatrın köhnə vaxtları yadıma düşür. Təmirdən sonra teatr tam dəyişib. Bir də...

Gəncədə partlayışda ağır xəsarət alan şəxs öldü

Bir neçə gün əvvəl Gəncədə baş vermiş partlayış və yanğın hadisəsi nəticəsində ağır xəsarət alan şəxs müalicə aldığı xəstəxanada ölüb.   Sfera.az xəb...