Stress və tükənmişlik sindromu ilə ən çox bu sahələrdə işləyənlər üzləşir - SİYAHI

Stress və tükənmişlik sindromu ilə ən çox bu sahələrdə işləyənlər üzləşir - SİYAHI

Rusiyada 1710 departament və şirkət rəhbərlərinin iştirak etdiyi araşdırmada qeyd edilən emosional və fiziki tükənməyə ən çox həssas olan beşlik siyahısına xidmət sənayesi işçiləri, mühasiblər, satış menecerləri, iqtisadçılar və maliyyəçilər daxil olub.


Sfera.az xəbər verir ki, sözügedən sahələrdə bir çox menecer işçilərinin stress və tükənmişlik sindromu ilə üzləşdiyini söyləyib.

 

Eyni zamanda, işəgötürənlərin 16%-i hesab edir ki, bu, şirkətin problemləri ilə bağlı deyil, işçilərin şəxsi təcrübələri ilə bağlıdır. Tükənməyə səbəb olan ilk beş stresli vəziyyətə böyük həcmli tapşırıqlar, son tarixli işləri başa çatdırmaq üçün təzyiq, münaqişə vəziyyətlərində həll yollarının axtarışı, rəhbərlərin qeyri-adekvat davranışı və kortəbii planlaşdırma daxildir.

 

Tükənmişliyin ilk əlaməti əsəbi bir işçidir. Bunu iş səmərəliliyinin azalması, tutqun əhval-ruhiyyə, iş problemlərini həll edərkən daimi işçi münaqişələri və narahat davranış izləyir.

 

Stress və tükənmişliklə mübarizə aparmağın əsas yolları bir neçə günlük məzuniyyət, işçi ilə fərdi iş, psixoloqla görüşlər, başqa şöbəyə və ya vəzifəyə köçürmədir.

 

İşçi sabit maaşa, kollektivdə mehriban mühitə, adekvat idarəetməyə, rahat ofisə, könüllü tibbi sığortaya və şirkətin yaxşı reputasiyasına malik olduqda özünü təhlükəsizlik içərsində hiss edir.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Yaşar Əliyev Quterreşlə görüşdü

Azərbaycanın BMT yanında sabiq daimi nümayəndəsi Yaşar Əliyev dünya təşkilatının Baş katibi Antonio Quterreşlə görüşüb.   Sfera.az xəbər verir ki, bu...

Ən sağlam balıq növləri BUNLARDIR - Diyetoloqdan AÇIQLAMA

Bəzi balıq növləri sağlamlıq üçün xüsusilə faydalıdır.   Sfera.az xəbər verir ki, bunu qastroenteroloq və diyetoloq Elvira Beleva deyib. Onun sözləri...

Los Ancelesdəki yanğınlara Yeni il atəşfəşanlığının səbəb olduğu ehtimal edilir

Kaliforniya və Los-Ancelesdə yanğınlar yenidən güclənir və dünya məşhurları dəbdəbəli evlərini itirirlər. İlk yanğının mənbəyi Yeni il ərəfəsindəki atəşfəşanlıq...

Velosipedlərə belə yer yoxdur: Dünyanın ən sıx məskunlaşdığı adada insanlar necə yaşayır? - FOTOLAR

Dünya maraqlı və bənzərsiz yerlərlə doludur. Kolumbiyanın Kartagena şəhərindən iki saatlıq qayıqla səyahət dünyanın ən sıx məskunlaşdığı yer hesab edilən Santa ...

Türkiyədə saxta içkidən 11 nəfər öldü

Türkiyənin İstanbul şəhərində saxta spirtli içkidən kütləvi zəhərlənmə baş verib.   Sfera.az xəbər verir ki, bu barədə “Anadolu” agentliy...

Yeni doğulan körpəsindən narahat olduğu üçün qonşusunun qapısının altına zəhər yeridib

Qonşular arasında mübahisələr çox vaxt səs-küy, təmizlik və ya ev heyvanı ilə bağlı məsələlərə görə yaranır. Amma Tampadakı yaşayış binasında baş verənlər bu sə...