Sakit asqırmaq bu fəsadlara gətirib çıxarır - XƏBƏRDARLIQ

Sakit asqırmaq bu fəsadlara gətirib çıxarır - XƏBƏRDARLIQ

Səhv asqırma ciddi nəticələrə səbəb ola bilər.

Sfera.az xəbər verir ki bunu rusiyalı fizioterapevt Svetlana Malinovskaya deyib.


Həkim izah edib ki, asqırarkən hava burundan saniyədə 120 metr sürətlə çıxır və daxili divarlarda 100 millimetrdən çox civə təzyiqi yaradır.


"Bir şəxs burnunu sıxarsa, təzyiq nazofarenksi orta qulaqla birləşdirən östaki borusu vasitəsilə paylanır, bu da damarların zədələnməsinə səbəb ola bilər. Bununla yanaşı, bütün mikroblar orqanizmdə qalır", - deyə fizioterapevt bildirib.
 

“Heç bir halda daha sakit asqırmaq üçün burnunuzu sıxmamalısınız! Zərbə dalğası nazofarenksin, qida borusunun və bəzən hətta beynin damarlarına zərər verə bilər”, - Malinovskaya izah edib.
 

Həkim ictimai yerlərdə asqıran zaman ağızı ovucla deyil, dirsəklə bağlamalı olduğumuzu deyib:mikroblar başqalarına düşməsin.


İnci


OXŞAR XƏBƏRLƏR