“Uzun müddət davam edən öskürək öldürücü xəstəliyin əlamətidir” - Həkimdən AÇIQLAMA

“Uzun müddət davam edən öskürək öldürücü xəstəliyin əlamətidir” - Həkimdən AÇIQLAMA

Xərçəng xəstəlikləri erkən aşkar edildikdə uğurla müalicə edilir. Əsas məsələ xəstəliyi vaxtında aşkar etməkdir.

 

Bəs bu xəstəliyin ilkin əlamətləri hansılardır?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim Bəxtiyar Musayev bildirib ki, səbəbsiz yerə çəki itirmək, arıqlamaq və özünü yorğun hiss etmək xərçəng xəstəliyinin ilkin əlamətləri hesab oluna bilər.

 

"İştahın birdən-birə kəskin azalması da yaxşı əlamət deyil. Xərçəngin ilkin əlamətlərindən biri də bədəndə səbəbsiz yerə artan ağrılardır. Sidik və nəcisin tündləşməsi və nəcisdə qan izlərinin olması insanları narahat etməli olan problemlərdən biridir. Kəskin qəbizlik və yaxud ishal halları da insan orqanizmində narahatlıq olduğunun göstəricisidir. Uzun müddət davam edən öskürəklər də yaxşı əlamət deyil. Çox vaxt insanlar öskürəyə əhəmiyyət vermir, onun xərçənglə əlaqəli ola biləcəyini düşünmürlər”.

 

Həkim bildirib ki, xalların böyüməsi və ətraflarının qızarması da xərçəngin ilkin əlamətlərindən ola bilər.

 

“Xərçəng xəstəliyinin ilkin dönəmində dərialtı vəzlər bərkiyir və formalarını dəyişir. Bu əlamət kişilərdə mədə, ağciyər və prostat xərçəngində, qadınlarda isə süd vəzi, ağciyər, bağırsaq xərçənglərində daha çox rast gəlinir. Xərçəngin yaranma səbəbi siyahısında birinci yerdə genetik amillər göstərilir. Bu isə sübut olunmamış faktdır. Genetik olaraq xərçəngin yaranma ehtimalı 10 faizdir”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Liderlər və övladları şəkil çəkdirdilər - VİDEO

Xəbər verdiyimiz kimi, bu gün Azərbaycan Prezidenti İlham Əliyevin Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ilə təkbətək görüşü olub. Həm...

İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edildi

Əkrəm İmamoğlu 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib.   Sfera.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb....

Rusiyada neft-qaz hasilatı azalıb: "Ödənişlərlə bağlı çətinliklər yaşayırıq"

Bu il Rusiyada neft və qaz hasilatında azalma müşahidə edilir.  Sfera.az Anadolu Agentliyinə istinadən xəbər verir ki, bunu Rusiyanın energetika nazir...

Azərbaycanlılar vizasız bu ölkələrə səyahət edə bilərlər - SİYAHI

Yay fəslinin gəlişi ilə birlikdə səyahət planları da aktuallaşır. İsti günlərdə dincəlmək, yeni ölkələr kəşf etmək istəyənlər ilk olaraq vizasız və ya sadələşdi...

Sabah çimərliyə getmək istəyənlərin nəzərinə!

Azərbaycanda iyulun 17-də çimərliklərdə şimal-qərb küləyi günün ikinci yarısında arabir güclənəcək.   Bu barədə Sfera.az-a Milli Hidrometeorologiya X...

Bakıda ər arvadını GÜLLƏLƏDİ

Bakıda qadın güllələnib.   Sfera.az xəbər verir ki, iyulun 16-da günorta saatlarında Yasamal rayonunda 38 yaşlı Vasif Kərimov evdə münaqişə zəmi...