“40 yaşdan sonra bu qidalar qəbul edilməlidir” - AÇIQLAMA

“40 yaşdan sonra bu qidalar qəbul edilməlidir” - AÇIQLAMA

Yaşımız artdıqca, həyatımız müxtəlif istiqamətlərdə dəyişməyə başlayır. Ehtiyacımız olan vitamin və minerallar da dəyişir. 40 yaşdan sonra insanların vitamin ehtiyacları daha da artır.

 

Bəs 40 yaşdan sonra insan orqanizmi üçün hansı vitaminlər önəmlidir?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan həkim dietoloq Vüsalə Tağıyeva bildirib ki, bir sıra vitaminlər xəstəliklərin qarşısının alınmasında böyük rol oynayır.

 

“Kalsium, əzələlər, sinir hüceyrələrinin və damarların düzgün işləməsi üçün lazımdır. 40 yaşdan sonra orqanizmin kalsiumu mənimsəmə qabiliyyəti azalır. Yetəri qədər kalsium qəbul edilməzsə orqanizm həmin vitamini sümüklərdən almağa başlayır. Bu da, insanlarda, xüsusən qadınlarda sümük əriməsinə gətirib çıxardır. Süd və balıq məhsulları, badam, fıstıq, sardinya yağı kalsiumla zəngindir. D vitamini də sümüklərin sağlamlığı üçün önəmlidir. 50 yaşdan yuxarı insanlar 800-1000 mq D vitamini qəbul etməlidirlər. Süd, qızıl balıq, yumurta D vitamini ilə zəngin qidalardır”.

 

Dietoloqun sözlərinə görə, B12 vitamini qanın sinir hüceyrələrinin əmələ gəlməsində önəmli rol oynayır:

 

“B12 çatışmazlığı xroniki yorğunluq yaradır. Gün ərzində insanlar 2,4 mikroqram B12 vitamini qəbul etməlidirlər. Maqnezium isə qanda şəkərin miqdarını tənzimləyir və təzyiqi stabil saxlayır. Yetərli miqdarda maqnezium qəbul etməsək ürək ritmi pozulur və sümüklər həssaslaşır. Balqabaq toxumu, badam və ispanaq maqnezium qaynağıdır. 40 yaşdan sonra sağlam və balanslı qidalanma ilə insan orqanizmini vitaminlərlə təmin etmək mümkündür”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...

Elnarə buna görə toylara getmir

“Dənizdə damla olmağı sevməmişəm. Heç kimin etmədiyini etmişəm. Fərqlənməyi sevirəm”.   Sfera.az xəbır verir ki, bu sözləri müğənni Elnar...