Çay içməyin inanılmaz faydası məlum oldu - Alimlərdən yeni ARAŞDIRMA

Çay içməyin inanılmaz faydası məlum oldu - Alimlərdən yeni ARAŞDIRMA

Bir qrup çinli alim çayın qocalma ilə mübarizə apardığını və müntəzəm istehlak edildikdə bioloji yaşı azaltdığını deyib.
 

Sfera.az xəbər verir ki, bu içkinin faydalı xüsusiyyətləri ilə bağlı araşdırmanın nəticələri "The Lancet Regional Health - Western Pacific" jurnalında dərc olunub.
 

Birinci mərhələdə ekspertlər iştirakçılar arasında sorğu keçirərək onların hansı növ çaya üstünlük verdiyini və onu nə qədər tez-tez içdiklərini öyrəniblər. Sonra iki il ərzində alimlər iştirakçıları müşahidə ediblər və onların bioloji yaşı haqqında məlumat toplayıblar. Tədqiqatda Böyük Britaniyadan 37-73 yaş arası 5998 və Çindən 30-79 yaş arası 7931 nəfər iştirak edib.
 

Tədqiqatın aparıcı müəlliflərindən biri Yi Xiang, "Gündə təxminən üç fincan çay və ya 6-7 qram çay yarpağı içməyin yaşlanma əleyhinə təsir göstərə biləcəyini gördük", deyib.

 

O, bioloji yaşın azalmasının çayın tərkibində çoxlu miqdarda olan maddələr və aktiv birləşmələr səbəbindən baş verdiyini vurğulayıb. O, qeyd edib ki, ən böyük effekti içkini müntəzəm və ölçülü şəkildə içən iştirakçılar hiss edib. O, digər müsbət amil kimi alkoqoldan imtina etməyi nümunə gətirib.

 

İnci


OXŞAR XƏBƏRLƏR

Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol qəzası baş verib

Bakı-Quba yolunun 37-ci kilometrliyində piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.   Sfera.az məlumat verir ki, Sumqayıt ...

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır

Azərbaycan Hindistanla Pakistan arasında elan edilmiş atəşkəsi alqışlayır.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycan Xariic İşlər Nazirliyindən...

Prezident və birinci xanım "Can Qarabağ" oxudular - VİDEO

Azərbaycan Prezidenti İlham Əliyevin sosial şəbəkə hesablarında Ağdam Muğam Mərkəzinin açılışından görüntülər paylaşılıb.   Sfera.az xəbər verir...

Kür çayı məcrasından çıxdı: sakinlər çətin vəziyyətə düşdülər -VİDEO

Son günlər yağan aramsız yağışlar nəticəsində Kür çayının Sabirabad rayonundan keçən hissəsində suyun səviyyəsində ciddi artım müşahidə olunub.   Sfe...

Həmyerlimiz ABŞ-də yüksək vəzifə aldı - FOTOLAR

Həmyerlimiz ABŞ-də yüksək vəzifəyə təyin olunub.    Sfera.az məlumatına görə, Lerik rayonunun Gendov kəndindən olan Zaur Cəlilov Telman oğl...

Xalqımızın böyüklüyü məhz bundadır - İlham Əliyev

Bütün cəmiyyət bir amal uğrunda birləşəndə o cəmiyyət böyük işlərə qadirdir. Heç bir qüvvə xalq qarşısında dura bilməz. Xalqımızın böyüklüyü məhz bundadır. &...