"Kor edir, parkinson, alzheimer yaradır..." - Fastfudlara qatılan sintetik maddənin ZƏRƏRLƏRİ

Dünyada və təəssüf ki, Azərbaycanda da fastfudlara maraq gündən-günə daha da artır. Axına qoşulanlar isə əsasən, uşaqlar və gənclərdir. Bu statistika getdikcə ciddi problemə çevrilir. Çünki davamlı fastfud yeyən uşaqlar və gənclər başqa yemək yeyə bilmir, məcburi yesələr belə, dad ala bilmirlər. Artıq Azərbaycan ailələrində də fastfudlarla bağlı valideyn uşaq "müharibə"si başlayıb. Hətta bununla bağlı sosial şəbəkələrdə gənclərin özləri, azyaşlıların isə valideynləri şikayət xarakterli postlar paylaşırlar. Gənclər çox çalışdıqları halda başqa yeməklərdə dad görməyib ancaq fastfud yemək istədiklərini, valideynlər isə uşaqlarının başqa yeməklərin, hətta meyvələrin də dadsız olduğunu bildirib fastfud tələb etdiklərini yazıb çarələr axtarırlar.

 

Bunun əsas səbəblərindən biri tənbəl insanların bu yemək çeşidlərini bir zəng və ya bir sifarişlə asan əldə etməsidirsə, digər səbəbi ona qatılan dadlandırıcılardır. Araşdırmalara görə, Çin duzu dünyada ən çox istifadə edilən dadlandırıcılardan biridir. “KFC”, "Burger King" və digər nəhəng fastfud brendlərinin insanlarda bağlılıq yaratmasının əsas səbəbi məhz Çin duzudur.  


Bəs Çin duzunun zərərləri nədir və bu dadlandırıcını fastfudların tərkibindən çıxarmaq olarmı?


Mövzu ilə bağlı Sfera.az-a danışan Qida Təhlükəsizliyi Hərəkatının (QTH) rəhbəri Məhsəti Hüseynova bildirib ki,istər paketlənmiş, istərsə də ictimai-iaşə obyektlərində təqdim edilən fastfudların tərkibində çin duzu adı ilə tanınan sintetik mənşəli monosodium qlutamatdan istifadə olunur:


“Çin duzuna Y621 adı da verilib. Bu maddə sintetik mənşəli olduğuna görə, insan orqanizmi üçün çox zərərlidir. Bu qida uşaqlar, yeniyetmələr və 20-25 yaşına qədər olan insanlar üçün daha çox zərərlidir. Çin duzu vaxt keçdikcə ağızda dad reseptorlarını məhv edərək “umamı” adı verilən yeni dad reseptorunu yaradır. Həmin dad reseptoru da təbii, ənənəvi qidalardan zövq almağa mane olur. Çin duzu insan orqanizmində doyma hissini də məhv edir. Doyumluluq olmadığına görə, davamlı aclıq hissi olur”. 


Məhsəti Hüseynova diqqətə çatdırıb ki, bu maddə daxili orqanların funksiyasını pozur:

 


“Gənclərdə xromosom balansını pozduğuna görə, gələcəkdə təhlükəli xəstəliklərin yaranmasına səbəb olur. Eyni zamanda xəstəliyi olan insanların vəziyyəti sürətlə ağırlaşır. Çin duzuna əsasən fastfudların, çipsilərin, suxariklərin, hazır kotletlərin, ət suyu tabletlərinin, hazır şorbaların, rəngli yoqurtların tərkibində rast gəlinir.

 

Mütəmadi olaraq bu qidalardan istifadə edən insanların gözlərinin ağ təbəqəsi zədələnir. Bu da zamanla görmə qabiliyyətinin itməsinə səbəb olur. Bu maddə insanlarda sinir sisteminin funksiyasını pozduğuna görə yorğunluq, diqqətsizlik, qavrama qabiliyətinin aşağı düşməsi və gələcəkdə parkinson, alzheimer kimi xəstəliklərin yaranmasına gətirib çıxarır. Doyumzusluq hissi də özlüyündə piylənmə və şəkərli diabet yaradır.

 

Buna görə Çin duzu bir çox ölkələrdə qadağan edilib. Qadağan olunsa belə, bu maddə paketlənmiş qidaların tərkibində qarşımıza çıxır.


Mütəxəssis son olaraq əlavə edib ki, insanlar mənşəyi bəlli olmayan qidalardan uzaq durmalı və umami dad reseptorunu aradan qaldırmaq üçün Himalay duzlarından istifadə etməlidirlər.


Ülkər Abdurahmanlı
 


OXŞAR XƏBƏRLƏR

Amerikalı aktrisa ikinci dəfə ana oldu: Əkiz uşaq dünyaya gətirdi - FOTOLAR

Amerikalı aktrisa şad xəbəri İnstaqram səhifəsində paylaşaraq bir oğul və bir qız dünyaya gətirdiyini açıqlayıb.   Hollivud aktrisası və Conni Deppin k...

Hepatit A epidemiyası yayıldı: Simptomlar hansılardır?

Ukraynanın paytaxtında hepatit epidemiyası qeydə alınıb. Artıq 19-u uşaq olmaqla 33 xəstəliyə yoluxma halı qeydə alınıb.   Sfera.az bildirir ki, Ukra...

Paslı su və balıq yeməklə 55 gün dənizdə sağ qalıblar

Ekvadorda gəmi 55 gün dənizdə qalan 5 balıqçı tapıb. Bütün bu müddət ərzində onlar rabitə və naviqasiya vasitələri olmadan xarab generatorla yaşayıblar. Onlar p...

İnternetdəki axtarış tarixçəsinə görə işdən qovuldu

Böyük Britaniyalı bir adam iş zamanı etdiyi 50 saatlıq internet axtarışlarını müdirləri çap etdikdən sonra işini itirib. Adama tez-tez tapşırıqlar verilmirdi və...

İCAO təsdiqlədi: MH17 reysi ilə uçan təyyarəni Rusiya vurub!

Beynəlxalq Mülki Aviasiya Təşkilatı (İCAO) Şurası 2014-cü ildə Ukrayna üzərində MH17 reysinin qəzasına görə rəsmi olaraq Rusiyanın məsuliyyət daşıdığını elan ed...

Plastik cərrahiyə ilə bağlı vahid standartlar hazırlanır - VİDEO

Plastik cərrahiyyə sahəsində vahid standartlar olacaq. Bu məqsədlə klinik protokollar hazırlanır.   Sfera.az-ın məlumatına görə, bu barədə Səhiy...