Həkimdən herpes virusu barədə AÇIQLAMA: "Daha çox cinsi əlaqə zamanı yoluxur" 

Həkimdən herpes virusu barədə AÇIQLAMA:

Dəri xəstəlikləri arasında ən çox yayılanlardan biri də herpes virusu infeksiyasıdır. 

 

Bəs bu virusun yaranma səbəbləri nədir və hansı üsullarla müalicə olunur?

 

Mövzu ilə bağlı Sfera.az-a danışan dermatoloq Sevinc Məmmədova bildirib ki, herpes virusu əsasən dodaqətrafı, üz dərisi, cinsiyyət orqanları və bədənin digər nahiyələrində yarana bilir.

 

"Herpes "Herpes simpleks 1” və “Herpes simpleks 2” olmaqla 2 yerə ayrılır. Birinci növ herpes bədənin bütün dəri nahiyəsini əhatə edir və daha çox erkən yaşlarda müşahidə olunur. Bu virus sağaldıqdan sonra da dərini tərk etmir və sinir hüceyrələrində gizli şəkildə yaşayır. Orqanizmə daxil olan virus, güclü stress, travma keçirən insanlarda üzə çıxa bilir. Bu virus dəridə yanma, göynəmə, ağrı yaradaraq ağız kənarında içi suluqlu yaralar yaradır”.

 

Dermatoloq bildirib ki, ikinci növ virus isə cinsi orqanda meydana gəlir. “Bu, əsasən, cinsi əlaqə zamanı partnyorlardan yoluxur. Bu növ herpesə yoluxma faizi daha yüksəkdir. Müalicə zamanı hər iki partnyor virus əleyhinə antibiotiklərdən istifadə etməlidir. Müalicə dövründə cinsi əlaqə məsləhət görülmür”.

 

Dermatoloq son olaraq əlavə edib ki, xəstəliyin diaqnozu ilkin olaraq analiz və laboratoriya diaqnostikası əsasında aparılır.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

“Metallica” qrupu Vircinyada zəlzələ törətdi - VİDEO

Amerikanın məşhur metal qrupu Metallica, Bleksburqdakı Virginia Tech's Lane Stadiumunda çıxışı zamanı sözün əsl mənasında yeri-yerindən silkələyib. Sfe...

Tapdıqları son dərəcə nadir, yuvarlaq yumurta ailəyə milyonlar qazandıracaq - FOTO

Britaniya sakini Coş Elkinqton və ailəsi toyuqları tərəfindən qoyulmuş mükəmməl yuvarlaq bir yumurta tapdıqda heyrətə gəliblər. Kişi bunun qeyri-adi forma olduğ...

Gözlənilməz miras: Təqaüdçü evinfə 18-ci əsrə aid xəzinə tapdı - FOTOLAR

Böyük Britaniyadan olan 79 yaşlı Maykl Hamson Brevud öz kəndində 18-ci əsrə aid evi miras alarkən tarixi xəzinənin sahibi olacağını ağlına belə gətirmirdi. Köhn...

Təmsilçimiz “Avroviziya” səhnəsinə sazla çıxdı - VİDEO

Xəbər verdiyimiz kimi, İsveçrənin Bazel şəhərində 69-cu "Avroviziya" mahnı müsabiqəsi start götürüb.   Sfera.az xəbər verir ki, y...

Bir xəstəxanada 14 tibb bacısı eyni anda hamilə qaldı - FOTO

Viskonsin ştatında bir xəstəxanada qeyri-adi və komik vəziyyət yaranıb. Belə ki, bir şöbənin 14 əməkdaşı demək olar ki, eyni vaxtda hamilə olduqlarını bildirib....

Nadirin "Avroviziya"dakı çıxışı zamanı əli sınıq imiş

"Avroviziya 2022" təmsilçilərimizdən olan Nadir Rüstəmlinin müsabiqədəki çıxışı zamanı əli sınıq imiş.   Sfera.az xəbər verir ki, bu b...