Ötən il Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub

Ötən il Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub
Kateqoriya məlum deyil
T

Ötən ilin 11 ayı ərzində Azərbaycanda 1493 nəfər qızılcaya yoluxub.

 

Bu barədə Sfera.az-a Dövlət Statistika Komitəsindən məlumat verilib.

 

Qeyd edilib ki, 2022-ci ildə ölkə ərazisində 1 nəfərdə qızılcaya yoluxma halı qeydə alınsa da, 2023-cü ilin yanvar-noyabr aylarında 1 493 nəfər bu xəstəliyə yoluxub.

 

Vurğulanıb ki, Azərbaycanda son illər yoluxucu xəstəliklərə qarşı aparılan profilaktik tədbirlər nəticəsində qızılca xəstəliyi üzrə sabit epidemioloji vəziyyət müşahidə olunsa da, 2023-cü ilin aprel ayından başlayaraq əhali arasında bu xəstəliyin nsporadik yayılma halları qeydə alınıb. Yoluxma əsasən uşaqlar arasında müşahidə edilib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR